Şair və tərcüməçi İlqar Fəhminin imza günü

Şair və tərcüməçi İlqar Fəhminin imza günüFevralın 16-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda yazıçı, şair və tərcüməçi İlqar Fəhminin imza günü reallaşacaq. Tədbirdə gənc şairlər, AYB-nın üzvləri və ədəbiyyat sevənlər iştirak edəcəklər.
Məlumat üçün bildirək ki, şair, yazıçı, tərcüməçi Paşayev İlqar Əliabbas oğlu 1975-ci ildə Bakının Zirə kəndində anadan olub. 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Altı kitabın müəllifidir.
2003-cü ildə Gənclər və İdman Nazirliyinin “İlin ən yaxşı gənc şairi” mükafatına, 2007-ci ildə “Rəsul Rza” ədəbi mükafatına layiq görülüb. Hazırda Azərbaycan Yazıçılar Birliyinin Tərcümə seksiyasının rəhbəri və Ulduz jurnalının şöbə müdiri vəzifəsində çalışır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO