“Ailə TV” onlayn ödənişə keçir

“Ailə TV” kabel televiziyası operatoru Abonentlərin xidmət haqqını ödəmələrini rahatlaşdırmaq məqsədi ilə onlayn ödəniş sistemi tətbiq edəcək.

“Aile TV”dən “Qafqazinfo”ya verilən məlumata görə, bu məqsədlə “Azeri Card” və “Golden pay” şirkətləri ilə razılıq əldə edilib və hazırda müvafiq texniki işlər görülür.

Bu ödəniş sisteminin üstünlükləri ondan ibarətdir ki, abonent evindən çıxmadan internet vasitəsi ilə “Ailə TV”-nin rəsmi İnternet saytı olan http://aile.tv/ internet ünvanına daxil olacaqlar və “Visa”, “Master Card”, “Maestro Card” plastik kartları vasitəsi ilə ödəniş edəcəklər. Onlay ödəniş həyata keçirildikdən sonra “Ailə TV” kabel televiziyasının xidmətləri aktivləşəcək.

Onlayn ödənişlə yanaşı, abonentlər şəhərin müxtəlif nöqtələrində yerləşən elektron köşklər vasitəsi ilə də ödəniş həyata keçirə biləcəklər.

Qeyd edək ki, “Ailə TV” kabel televiziyası operatoru bu ilin sonuna kimi ödəniş kartlarını da satışa çıxarmağı planlaşdırır. Bundan əlavə, yaxın gələcəkdə “Ailə TV”-nin abonentləri SMS göndərmək vasitəsi ilə də ödənişlərini həyata keçirə biləcəklər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO