Ağdamın turzm potensialı: işğal nəticəsində 15 milyon manat itirmişik

Ağdamın turzm potensialı: işğal nəticəsində 15 milyon manat itirmişikBu danılmaz faktdır ki, Qarabağın erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində bütün sahələrlə yanaşı regionun turizm iqtisadiyyatına da ciddi ziyan dəymişdir. Məlum olduğu kimi, Qarabağ Azərbaycanın tarixi əlamətlərinin, milli-mənəvi dəyərlərinin daşıyıcı məkanlarından olmaqla bərabər, həm də gözəl təbiətə malik olan bir diyardır. Hələ sovet dövründən fəaliyyətdə olan kurort və istirahət mərkəzləri insanların marağını cəlb etməklə yanaşı, müalicəvi xarakterinə görə də məşhurlaşmışdı.
Qarabağın giriş qapısı sayılan Ağdam şəhərinin erməni işğalınadək zəngin turzim potensialı olmuşdur. Ərazisinin bir hissəsi dağlıq və dağətəyi zonalarda yerləşən rayonda çoxsaylı müalicəvi əhəmiyyətli mineral bulaqlar, həmçinin zəngin təbiətə malik Gülablı və Şelli kəndlərində sanatoriya, Şahbulaqda isə turizm bazası fəaliyyət göstərmişdir.
Yeri gəlmişkən qeyd edək ki, çalışdığım Söz Azadlığını Müdafiə Fondu (SAMF) bir müddət öncə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Şuşa və Ağdamın işğalına görə Azərbaycan və dünya turizminin mənəvi-maddi itkilərinin təhlili, təhlilin hesabatının ictimailəşdirilməsi” layihəsinin icrasına start vermişdir. Layihə çərçivəsində atılan addımlardan biri də məhz adıçəkilən rayonun turizm potensialının öyrənilməsi oldu.
Ağdam da turizmin inkişafının maraqlı tarixçəsi var. 1979-cu ildə milli lider Heydər Əliyevin tövsiyyəsi ilə Ağdam Rayon Partiya Komitəsinə Sadıq Murtuzayevin birinci katib seçilməsi rayonda turizmin inkişaf strategiyasının müəyyən etmiş oldu. Qeyd etməliyik ki, bu istiqamətdə apardığımız araşdırmalar göstərir ki, erməni separatçıları 70-ci illərin sonlarından etibarən Azərbaycana qarşı təxribata başlamışdılar. İlk addım olaraq Şuşaya o dövrdə fəaliyyət göstərən istirahət mərkəzlərinə rayonlardan məktəblilərin gəlişini əngəlləyən qərar verilmişdi. Vilayət Partiya Komitəsinin məktubunda qeyd edilirdi ki, mövcud vəziyyət istirahət evlərinə əlavə şagirdlərin cəlb edilməsinə problem yaradır. Odur ki, 1981-ci ildən Şuşanın istirahət düşərgələri digər rayonlardan olan uşaqların istirahətinə icazə verilməyəcək.
Beləliklə, 1981-1982-ci ildə Azərbaycan hökumətinə rəhbərlik etmiş bir sıra rəsmilərin bu addımı bəlkədə bilməyərəkdən dəstəkləməsi separatçıların iddialarının kerçəkləşməsinə yardımçı oldu. Prosesin qarşısını ala bilməyən Ağdam rəhbərliyi ilkin olaraq rayon ərazisində istirahət guşələrinin öyrənilməsinə qərar verdi. Elmi-praktik araşdırmalardan sonra məlum oldu ki, Gülablı kəndininin sakinlərinin orta yaşı ətraf kənd və ərazilərdəki sakinlərindən 12 il çoxdur. Moskvadan gəlmiş alimlərin rəyindən sonra Gülablıda 14 kottedc, iki qırğız çadırı inşa edildi. Sahəsinin biri 40 kv/m, o biri isə 60 kv/m olan iki qırğız çadırının gətirilməsində isə mərhum ziyalılarımız Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Şahmar Əkbərzadə, Zeynal Məmmədovun böyük rolu olmuşdu. Onlar bu işi yaxın dostları Çingiz Aytmatovun vasitəsilə həyata keçirmişdilər. Baltikyanı respublikalardan gətirilən kotteclərin tikintisi yerli kolxozların vəsaiti hesabına həyata keçirildi. Kolxozların inşa etdikləri kotteclərdə isə ilk olaraq öz zəhmətkeşləri dincəlmişdilər.
Bundan sonra isə 100 yerlik sanatoriyanın inşa edilərək 1983-cü ilin fevral ayında istifadəyə verildi. İlboyu işləməsi nəzərdə tutulan sanatoriyada həmdə müalicə korpusu fəaliyyət göstərirdi. Baş həkim Bəhram Şükürovun rəhbərliyi ilə ixtisaslı həkimlərin səyi ilə sanatoriyada dincələnlərə bütün müayinədən keçdikdən sonra hər bir fizoterapvtik müalicə kursu da ala bilərdilər. Sanatoriyanın nəzdində yardımçı təsərrüfatların yaradılması istirahətə gələnlərə yüksək keyfiyyətli ərzaq məhsullarının təqdim edilməsinə, həm də əlavə gəlir əldə etməyə şərait yaratmışdı. Müəssisəyə təqdim edilmiş 5 Qarabağ atının köməyi ilə turistlərın gəzintiyə aparılmasıda maraq doğuran faktlardandır. Yeri gəlmişkən qeyd edək ki, turistlərə atla gəzinti Şahbulaq turist bazasında təklif olunurdu. 40 nəfər turist üçün nəzərdə tutlmuş Şahbulaq turizm bazası isə 1988-ci ildə istifadəyə verilmişdi. 1990-cı ildə, yəni fəaliyyətinin sonuncu ilində bazanın 12 min rubl illik qazancı olmuşdu.
1985-ci ildə Gülablı sanatoriyasın ikinci əsas korpusunun layihə-smeta sənədləri hazırlandı. Memar İbrahim İbrahimovun müəllifi olduğu korpusun tikintisinə 1986-cı ildə start verildi. 1989-cu ildə isə sanatoriyada tikinti işləri başa çatdırılsada münaqişənin başlaması prosesi birdəfəlik yarımçıq qoydu. Sanatoriaya o dövrdə fəaliyyət göstərən Azərbaycan Kollektiv Təsərrüfatlarası İstirahət mərkəzləri birliyinin balansında olmuşdur.
Beləliklə, Gülablı sanatoriyasının yeni korpusunun tikintisi indiki qiymətlərlə götürsək 3 milyon manat civarındadir. Bundan əlavə uşaq pioner düşərgəsinin dəyəri 250 min manat, sanatoriyanın ilk 100 nəfərlik korpusu isə 1,5 milyon manata bərabər olub. Nəticə də işğal nəticəsində bir Gülablı sanatoriyasına görə, 4.750.000 manat itirmişik. Nəzərə alsaq ki, müəssisənin illik gəliri 200-300 min manat təşkil edirdi, onda 20 il ərizndə yuxarıda qeyd olunan rəqəmə orta hesabla daha 6 milyon manat əlavə etməliyik. Nəticədə Gülablı sanatoriya kurort kompleksinə görə, Azərbaycana dəymiş ziyanın həcmi 10 milyon manatı keçir. Şelli sanatoriyasını və Şahbulaq turist bazasını da bura əlavə etsək, onda son rəqəm 15 milyon manata çatır. Əlavə edək ki, qiymətlər mütəxəsisilərin köməyi ilə dəqiqləşdirilmişdir.
Göründüyü kimi, Agdamın zəngin turizm potensilı olmuşdur. Bundan əlavə olaraq rayonun işğal altında olmayan digər ərazilərində müəlicəvi əhəmiyyətli sular bu gündə qalmaqdadır. Quzanlı qəsəbəsi ərasində olan Çullu duzlu suyunu buna misal olaraq çəkmək olar. İçməli su adına qazılan quyudan indidə gur müalicə əhəmiyyətli su hədər yerə axır. Təəsüflə bildirək ki, 1952-ci ildə qazılmış quyu indi də istifadəsiz qalmışdır.
Son olaraq qeyd edək ki, fikrimizcə indidən mövcud potensialın inkişaf proqramı müvafiq dövlət strukturları tərəfindən hazırlanmalıdır. Dövlət başçısı tərəfindən cari ilin turizm ili kimi elan olunduğunu nəzərə alsaq, prosesə gecikmədən start verilməsi torpaqlarımızı işğaldan azad etdikdən sonra işimizi xeyli asanlaşdırar. İnannırıq ki, bu işə QHT sektorunun cəlb edilməsi isə bütünlükdə ümumi işin xeyrinə ola bilər.

Vüqar Tofiqli
Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO