Adı “reketlər ” siyahısında olan qəzetlər “Azərbaycan ” nəşriyyatından kənarlaşdırılır

“Azərbaycan” nəşriyyatı “reket jurnalistika” ilə bağlı “qara siyahı”da olan qəzetləri nəşriyyatdan kənarlaşdırır.

Bu barədə “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov hakim Yeni Azərbaycan Partiyasının rəsmi internet-saytına müsahibəsində bildirib.

“Bəzi “jurnalistlər”in tam orta təhsili belə yoxdur” – Əsgərov bildirib. Onun sözlərinə görə hələ də mətbu orqanların nəşriyyata ödənişlərini vaxtında etməməsi problemi var. “Bu hallar nəşriyyatın fəaliyyətində çətinliklər yaradır çünki bizim də müəyyən ödənişlərimiz var ki onları gəlirlərimiz hesabına ödəməliyik. Bizə olan borclar ödənilmirsə biz də çətinlik çəkirik” – nəşriyyatın baş direktoru bildirib.

Onun sözlərinə görə hazırda nəşriyyatda 170-ə qədər qəzet və jurnal yerləşir. Bütövlükdə isə 300-ə yaxın mətbu orqan nəşr olunur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO