ABŞ telekanalı gün ərzində 4 dəfə müsəlmanlardan üzr istəyib

ABŞ-ın “Fox News” televiziya kanalı jurnalistlərin müsəlmanlar haqqında yanlış ifadələr işlətmələrinə görə gün ərzində dörd dəfə üzr istəyib.

SalamNews-un “Gazeta.ru” saytına istinadla verdiyi xəbərə görə, telekanal əməkdaşı Avropa ölkələrinin insanların öz qanunları ilə yaşadıqları, bu dövlətlərin digər dinlərə etiqad edən vətəndaşlarının isə qorxudan oraya getmək istəmədikləri bəzi rayonları barədə danışıb.

Telekanalın qonaqlarından biri Stiv Emerson efirdə ″Britaniyanın Birmingem şəhərinin tamamilə müsəlman şəhəri” olduğunu bildirib. Lakin bir müddət sonra “Fox News” bu ifadəyə görə üzr istəməli olub: “Bizim qonağımız Britaniya şəhərinin 22% sakininin müsəlman olduğunu deyərək faktiki səhv edib. Rayonlardan bəzilərinin adı səhv bildirilib. Üzr istəyirik.”

Bundan sonra ictimaiyyət müsəlmanlarla bağlı aqressiv polemikaya görə telekanalı ittiham edib.

Bundan başqa, “Fox News” efirdə səsləndirilən statistikaya görə də üzr istəməli olub. Belə ki, jurnalistlər Fransa müsəlmanlarının 69%-nin ″İslam Dövləti″ terror təşkilatının fəaliyyətini dəstəklədiyini, Avropanın digər ölkələrində isə bu göstəricinin 40% təşkil etdiyini söyləyiblər.

– See more at: http://salamnews.org/az/news/read/159458#sthash.6M0zlZv1.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO