ABŞ Azərbaycandan neft məhsullarının idxalını artırıb

2015-ci ilin ilk rübündə ABŞ Azərbaycandan 449 min barel neft məhsulları idxal edib. Bu barədə Trend ABŞ-ın Dövlət Enerji İnformasiya İdarəsinə (EIA) istinadən məlumat verir.
Ötən ilin ilk rübündə ABŞ Azərbaycandan neft məhsulları idxal etməyib.
2014-cü ildə ABŞ-a Azərbaycandan neft məhsullarının idxalı 484 min barel təşkil etmişdi. 2013-cü ilin analoji dövründə bu göstərici 336 min barel olmuşdu.
2009-cu ildən davam edən uzun fasilədən sonra 2012-ci ildə ABŞ Azərbaycandan neft məhsullarının tədarükünü bərpa edib.
2008-ci ildə ABŞ-a 308 min barel Azərbaycan istehsallı neft məhsulları tədarük olunmuşdu.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO