«Şabran» qəzetinin 80 illiyi qeyd olunub

Şabran şəhərində eyni adlı qəzetin 80 illiyi qeyd edilib. Azərbaycan Mətbuat Şurasından “OLAYLAR”-a verilən məlumata görə, bu məqsədlə şəhər mədəniyyət sarayında «Şabran» qəzetinin baş redaktoru Çingiz Məmmədov yubilyar nəşrin ötən müddətdəki ömür yolunun ayrı-ayrı məqamları barədə ətraflı söhbət açıb. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, «Şabran» qəzetinin 80 illiyinin milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin 170 illik yubileyinə təsadüf etməsi xüsusilə əlamətdardır. Əflatun Amaşov deyib ki, «Şabran» qəzetinin timsalında Həsən bəyin miras qoyduğu ənənə özünün layiqli davamçısını tapmaqdadır. Əflatun Amaşov qəzetə rəhbərlik etdiyi qurumun təbrikini, mətbu orqanın əməkdaşlarına isə fəxri diplomlarını təqdim edib. Mərasimin sonunda yubilyar qəzetin əməkdaşlarına Şabran Rayon İcra Hakimiyyətinin diplom, hədiyyə və mükafatları təqdim olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO