Abituriyent”in ilk sayı çapdan çıxıb

Ali və orta ixtisas məktəblərinə hazırlaşan gənclər üçün əvəzsiz məlumat mənbəyi olan “Abituriyent” jurnalının 2010-cu ildə ilk buraxılışı çapdan çıxıb.

Jurnal artıq komissiyanın satış məntəqələrinə paylanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Lent.az-a bildiriblər ki, jurnalda 2010/2011-ci tədris ili üçün respublikanın ali və orta ixtisas məktəblərinə qəbul qaydaları əksini tapıb. Jurnalda həmçinin müxtəlif fənlərdən test nümunələrinin izahatı, imtahanlara hazırlaşmaq üçün lazım olan vəsaitlərin siyahısı verilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO