“Abituriyent ” jurnalının elektron versiyası hazırlanıb

Noyabrın 13-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) “Abituriyent” jurnalının 11-ci sayının təqdimatı keçirilib.
Modern.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirb ki, artıq “Abituriyent” jurnalının elektron versiyası fəaliyyətə başlayıb: “Jurnalda yüksək nəticə göstərən 996 tələbə haqqında ətraflı məlumatlar verilib”.
M.Abbaszadə builki qəbul imtahanında iştirak edən 153 nəzarətçinin nöqsanlara yol verdiyini, 62 müəllimə şifahi şəkildə xəbədarlıq edildiyini bildirib. 31 nəfər nəzarətçi isə nümunəvi fəaliyyətinə görə fəxri fərmanla təltif ediləcək.
Məleykə Abbaszadə növbəti ildən tələbə qəbulu zamanı gözdən əlil abituriyentlərin imtahan vaxtının uzadılmasının nəzərdə tutulduğunu qeyd edib. Onun sözlərinə görə gözdən əlil abituriyentlər imtahanı brayn əlifbası və yaxud şəxsi istəkləri əsasında xüsusi nəzrətçilər vasitəsi ilə verə bilərlər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO