ABŞ səfirliyinin mətbuat katibi “525”in redaksiyasında olub

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin mətbuat katibi Kis Bin “525-ci qəzet”in redaksiyasında olub. “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid söhbət zamanı qonağa qəzetin tarixindən, Azərbaycan mətbuatının keçdiyi yol və rastlaşdığı problemlər barədə məlumat verib.

Modern.az-ın məlumatına görə, Kis Bin “525-ci qəzet”in fəaliyyətinə xüsusi önəm verdiyini və qəzeti müntəzəm oxuduğunu söyləyib. Qonaq mətbuatın problemlərilə bağlı məsələlərlə də maraqlanıb. Sonra qəzetlərin veb-saytları və ümumiyyətlə, son vaxtlar bu sahəyə artan maraqla bağlı müzakirə aparılıb. Kis Bin bildirib ki, bu sahə üzrə təcrübəli bir mütəxəssisin Azərbaycana səfəri gözlənilir. Onun sözlərinə görə, qəzetlərin veb-saytı və onlayn saytlar barədə seminarların keçirilməsi nəzərdə tutulur.

Rəşad Məcid öz növbəsində mövzunun aktuallığını qeyd edib və bu tipli seminarlardan birinin də “525-ci qəzet”də keçirilməsini məqsədəmüvafiq sayıb.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO