ABŞ prezidenti uşaqlar üçün kitab yazmışdır

ABŞ prezidenti uşaqlar üçün kitab yazmışdır ABŞ Prezidentinin “Səni tərənnüm edirəm: qızlarıma məktub” kitabı noyabr ayında çapdan çıxacaqdır. AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, “Rendom haus” nəşriyyatından bildirmişlər ki, Ağ evin rəhbəri yeniyetmə həmvətənlərinə 13 görkəmli amerikalı – Corc Vaşinqtondan başlayaraq, beysbolçu Ceki Robinson barədə söhbət açmışdır.
“Səni tərənnüm edirəm: qızlarıma məktub” kitabının noyabrın 16-da satışa buraxılacağı ehtimal olunur. Barak Obama kitabın satışından əldə edəcəyi qonorarı həlak olmuş və ya yaralanmış hərbçilərin övladlarına yardım fonduna keçirəcəkdir.
Barak Obama uşaqlar üçün kitab yazmış ilk ABŞ Prezidenti deyildir. Sabiq Prezident Cimmi Karter “Balaca Snuql-Flicer” kitabını yazmışdı. Lakin bu kitab 1995-ci ildə, C.Karterin prezidentlik müddəti başa çatandan 20 il sonra dərc edilmişdir.
100 il əvvəl isə hələ ABŞ Prezidenti vəzifəsini tutmayan Teodor Ruzveltin “Amerika tarixindən qəhrəmanlıq hekayələri” kitabı işıq üzü görmüşdü.
Qeyd edək ki, Barak Obama artıq “Ümidin qabalığı” və “Atamın arzuları” kitablarının müəllifidir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO