ABŞ-ın Bakıdakı səfirliyi magistr proqramına ərizələrin qəbul müddətini uzadıb

ABŞ-ın Azərbaycandakı səfirliyi Gürcüstanın İctimai İşlər İnstitutunun (GİPA) Azərbaycan vətəndaşları olan namizədlər arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına ərizələrin qəbul müddətini iyunun 30-dək uzadıb.

Səfirliyin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, proqram üzrə dərslər ABŞ, Avropa İttifaqı, Gürcüstandan və Azərbaycandan olan müəllimlər tərəfindən aparılır. Bu proqram ABŞ-ın dövlət departamenti tərəfindən Açıq Cəmiyyət İnstitutunun əlavə yardımı ilə maliyyələşdirilir.

Ümumilikdə proqramın məqsədi Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətdə medianın gücləndirilməsidir. Azərbaycandan seçiləcək beş nəfər tələbə bu proqramda iştirak üçün seçiləcək.

ABŞ-ın Bakıdakı səfirliyi tələbələrin Gürcüstanda olan zaman tədris haqlarını və yaşayışlarını maliyyələşdirəcək. Qəbul üçün prosedur belədir: ingilis dili imtahanı, inşa (ingilis dilində) və bu ilin sentryabrında Azərbaycan-Amerika qəbul komissiyası üzvlərinin Bakıda keçirəcəyi müsahibə. Sənədərin qəbulu iyunun 30-da başa çatır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO