ABŞ Dövlət Departamenti Anna Politkovskayanın qatillərinin tapılmasını tələb edib

Cümə axşamı andlılar məhkəməsi Politkovskayanın qətlinin təşkilində təqsirləndirilən Cabrayıl və İbrahim Mahmudov qardaşları, DİN-in keçmiş əməkdaşı Sergey Hacıqurbanov və qatillərə jurnalistin yaşadığı yer haqqında məlumat verməkdə şübhəli bilinən FTX əməkdaşı Pavel Ryaquzova bəraət verib. Yalnız Politkovskayanın qətl faktının sübuta yetirildiyini hesab edən məhkəmə yekdilliklə yuxarıda qeyd olunan şəxslərin cinayətlə əlaqəsi olmadığını vurğulayıb.

İstintaqın versiyasına görə, qətlin bilavasitə icraçısı Rüstam Mahmudov olub. Qeyd edək ki, beynəlxalq axtarışda olan Mahmudovun cinayət işi xüsusi icraata ayrılıb.

Xatırladaq ki, Anna Politkovskaya 2006-cı ilin oktyabr ayında yaşadığı Evin girəcəyində qətlə yetirilmişdir. Jurnalist Rusiya hakimiyyətinin siyasətini tənqid edən Çeçenistan müharibəsi və Şimali Qafqazdakı vəziyyət haqqında məqalələri ilə tanınırdı.

lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO