ABŞ-da Şuşa şəhərinə həsr olunmuş poçt markası buraxılıb

ABŞ-da Şuşaya həsr olunmuş poçt markası buraxılıb. APA-nın Vaşinqtondakı müxbirinin verdiyi məlumata görə, Milad bayramı ərəfəsində ABŞ Poçt Xidməti tərəfindən buraxılmış bayram markalarından biri 1751-ci ildə Pənahəli xan Cavanşir tərəfindən Şuşanın əsasının qoyulmasına həsr edilib.

Bu, Azərbaycanın tarixi şəhəri olan Şuşaya həsr olunmuş ilk ABŞ poçt markasıdır.

ABŞ Poçt Xidməti buraxılmış markanın çox populyar olduğunu bildirib. Bayram günlərində markanın qiyməti 18.95 dollar olub, onun adi qiyməti isə 4,5 dollara yaxındır. Poçt Xidmətinin rəsmisi APA-nın Vaşinqtondakı müxbirinə bildirib ki, marka amerikalı azərbaycanlılar tərəfindən hazırlanıb, amma onun alıcıları arasında başqa millətlərin nümayəndələri də çoxdur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO