AİB 3 tibb məntəqəsinin tikintisini həyata keçirəcək

AİB 3 tibb məntəqəsinin tikintisini həyata keçirəcəkAzad İstehlakçılar Birliyi (AİB) 2009-cu ilin əvvəlindən Avropa Komissiyasının (AK) dəstəklədiyi, beynəlxalq tərəfdaş Consumers İnternational (Cİ) təşkilatı və milli təşkilat AİB olan “Bələdiyyələrin sosial sahədə və əhalinin ekoloji hüquqlarına dair imkanlarının artırılmasına dəstək” layihəsini respublikanın Sabirabad, Salyan, Saatlı, Hacıqabul və Neftçala rayonlarının kənd ərazisində həyata keçirir….

Layihənin icrasının gedişini monitorinq etmək üçün Azərbaycana gəlmiş Consumers İnternational (Cİ) beynəlxalq təşkilatının nümayəndələri Rose Vercoe və Chryssi Tzanetou 4 gün ərzində AİB-in işi ilə yaxından tanış olmuş, sənədlərlə və praktik nəticələrlə əlaqədar monitorinq keçirmişlər. Layihənin donor təşkilatın tələblərinə uyğun icra olunduğu, vaxt qrafikinə və maliyyənin idarə olunmasına dair tələblərə düzgün əməl olunması nəticəsinə gəlmişlər. AİB-in işindən razı qalan nümayəndələr, layihənin davamlılığını təmin etmək üçün, kənd yerlərində yaşayan insanların sosial müdafiisini daha da gücləndirmək məqsədi ilə Azərbaycanda yerləşən donor təşkilatlarla çoxsaylı görüşlər keçirmişlər. Görüşlər səmərəli olmuş, layihə çərçivəsində keçiriləcək milli konfransa dəstək verəcək donorlar tapılmışdır. Azad İstehlakçılar Birliyindən verilən məlumata görə, layihənin əhatə etdiyi 3 kənd Kür sularının daşqınından zərər çəkmiş və ona görə də bu kəndlərdə tibb məntəqəsinin tikilməsi ilə bağlı AİB-in Səhiyyə Nazirliyinə ünvanladığı məktub da Nazirlik tərəfindən müsbət qiymətləndirilmişdir. Bu həftə AİB-in sədri ilə Səhiyyə Nazirliyinin məsul şəxslərinin görüşü keçiriləcəkdir. Qeyd edirik ki, kəndlərdə tibb məntəqələrinin tikilməsini AİB-in layəhədə partnyoru olan Counterpart İnternational (Cİ) maliyyələşdirmək niyyətindədir.

Municipality.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO