AŞ-nin Monitorinq Komitəsində böyük əksəriyyət NK-si ilə qeyri-rəsmi əməkdaşlığın tərəfdarıdır

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Parisdə keçirilən toplantısında “Nazirlər Komitəsi ilə mütərəqqi əməkdaşlıq üçün mümkün vasitələr”ə dair Memorandum müzakirə olunub.
KarabakhINFO.com-un APA-ya istinadən verdiyi məlumata görə, müzakirələrdə iştirak etmiş AŞPA Monitorinq Komitəsinin üzvü Elxan Süleymanov qeyd edib ki, Monitorinq Komitəsinin sədri Andres Herkelin (EPP) rəhbərliyi ilə Katiblik tərəfindən hazırlanmış bu memorandum gələcəkdə hər dəfə Assambleyada monitorinq məruzələri müzakirə olunarkən qətnamə layihəsi ilə birgə sistemli tövsiyə layihəsinin təqdim edilməsini, beləliklə, məruzəni hazırda olduğundan daha ciddi və rəsmi etməyi təklif edib: “Assambleyanın tövsiyəsi Nazirlər Komitəsinin cavabını tələb edən qanuni vasitədir və bu gün monitorinq prosesindəki əksər ölkələr tərəfindən mübahisələr və rəsmi inamsızlıq yaradan icrası məcburi sənəd kimi mənfi qəbul edilir.
Bu səbəbdən Sədrin belə ciddi və rəsmi yanaşmanı gücləndirən təklifi, çox güman ki, mövcud mənfi anlayış və inamsızlığı artırardı. Beləliklə, bir neçə Komitə üzvü tərəfindən tamamilə fərqli konsepsiya yaradan digər bir təklif irəli sürüldü. Nazirlər Komitəsi ilə gələcək əməkdaşlıq daha rəsmi deyil, əksinə, daha qeyri-rəsmi olmalıdır. Təklifdə deyilir ki, Monitorinq Komitəsinin və eləcə də Parlament Assambleyasının sədrləri təsdiqlənmiş qətnaməni birgə rəsmi məktubla Nazirlər Komitəsinə göndərir, həmməruzəçilərlə əməkdaşlıq şəraitində onun icrasını “izləməyi” xahiş edirlər. Belə bir qeyri-rəsmi və qeyri-icbari “Əməkdaşlıq Məktubu” yaxşı niyyətlər prinsipindən çıxş edir və müsbət təsirlər yaratmaq məqsədi daşıyır”.
Elxan Süleymanovun sözlərinə görə, Monitorinq Komitəsi iki saatdan çox bu məsələni müzakirə edib və hər iki mövqe ziddiyyət yaradıb: “Sonda səsvermənin nəticəsi aydın oldu. İştirak edən təxminən 40 üzvün böyük əksəriyyəti qeyri-rəsmi “Əməkdaşlıq Məktubu”nun lehinə səs verdi, yalnız 4 nəfər Sədrin Memorandumunu dəstəklədi. Parisdə qəbul edilmiş bu qərardan sonra monitorinq altında olan ölkələrə dair Qətnamə icbari və mənfi rəsmi tövsiyə ilə yox, yalnız qeyri-rəsmi “Əməkdaşlıq Məktubu” ilə müşayiət olunacaq. Bu gün Parisdə monitorinq aparılan üzv dövlətlər və Avropa Şurası arasında etibar və qarşılıqlı hörmət yaradılması istiqamətində böyük müsbət addım atılıb”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO