90 yaşlı jurnalist yenidən mətbuata qayıdıb

90 yaşlı jurnalist yenidən mətbuata qayıdıb57 il ABŞ-da Ağ Evin müxbiri vəzifəsində çalışmış, 7 ay öncə isə İsrailə əleyhinə sərt yazılar yazdığı üçün işdən azad edilən 90 yaşlı jurnalist Helen Tomas yenidən mətbuata qayıdıb. Modern.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İsrail lobbisinin təzyiqi nəticəsində işini itirən qocaman jurnalist ona göstərilən basqılara qarşı mübarizə aparmaq qərarına gəlib. 90 yaşlı jurnalist 7 aylıq fasilədən sonra “News Press” qəzetində köşə yazarı kimi fəaliyyətə başlayıb.

Helen Tomas yəhudilər və İsail əleyhinə yazdığı sərt yazılara görə, çalışdığı “Hearts Grup”dan çıxmaq məcburiyyətində qalmışdı.
“News Press” qəzetinin redaktoru Nikolos Benton Ağ Evin müxbirinin irqçi və ya yəhudi düşmənı olmadığına inandığını açıqlayıb.

Tanınmış jurnalist iki il əvvəl Barak Obamaya “Orta Şərqdə nüvə silahına sahib ölkə varmı” sualını vermişdi. B.Obama cavabın İsrail olduğunu bildiyi halda sualdan yayınmışdı.

Bundan sonra H.Tomas Ağ Evin ona qarşı embarqo tətbiq etdiyini bildirmişdi. O, ”prezident Nikson mətbuata belə nəzarət etməmişdi. Bizi kukla hesab edirlər” fikrini söyləmişdi.

Helen Tomas 10 ABŞ prezidenti ilə işləyib, eks-prezident Corc Buşa verdiyi cəsarətli suallarla yadda qalıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO