“525-ci qəzet”in 19 yaşı tamam oldu

Bu gün “525-ci qəzetin” yaranmasından 19 il ötür. 1992-ci il 17 noyabrda ilk dəfə nəşrə başlayan qəzetin adının seçilməsi də maraqlı olub. Belə ki, qəzeti öncə “Sabah”, “2×2” adı ilə çap etdirmək istəsələr də, hər iki adda qəzet qeydiyyatdan keçdiyi üçün başqa ad seçməli olublar. Daha sonra qeydiyyatdan keçən 525-ci qəzet olduqlarını öyrənəndə redaktorlar qəzetinin adını “525-ci qəzet” qoymağa qərar veriblər.

1996-ci ilə kimi həftəlik nəşr olunan qəzet, 1996-98-ci illərdə həftədə 3 dəfə çap olunub. 1998-ci ildən isə gündəlik nəşr olunur. Gündəlik, 8 səhifəlik qəzetin xüsusi şənbə buraxılışları ədəbiyyat sahəsinə həsr olunur və 32 səhifə həcmində çap olunur.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid 1995-ci ildən qəzetə rəhbərlik edir.

Müsətqillik dövrü mətbuatının ilk qaranquşlarından olan qəzetin informasiya, siyasət, iqtisadiyyat, mədəniyyət və idman şöbələri fəaliyyət göstərir.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO