46 ölkəni təmsil edən 75-dək teleradio təşkilatının rəhbərləri bakıya toplaşır

İyulun 1-dən 3-dək Bakıda Avropa Yayımları Birliyi Baş Assambleyasının 64-cü sessiyası keçiriləcək. İctimai Televiziya və Radio Yayımları Şirkətindən “Media forum” saytına verilən məlumata görə, MDB məkanında ilk dəfə təşkil edilən sessiyada 46 ölkədən 75-dək teleradio təşkilatının rəhbərləri təmsil olunacaq. Baş Assambleyanın sessiyasında Avropa Yayımları Birliyinin yarımillik fəaliyyyəti, internet və media dünyası, yeni əsrdə jurnalistika problemləri barədə müzakirələr aparılacaq.

İctimai Televiziya və Radio Yayımları Şirkəti 2007-ci ildən Avropa Yayımları Birliyinin tamhüquqlu üzvüdür.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO