27 aprel 2015-ci il tarixindən etibarən “DİQQƏT-TEXNİKİ BAXIŞ ” aylığına start verilir.

İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu və “Təhlükəsiz Yol” Alyansı vətəndaşların çoxsaylı müraciətlərini və avtomobillərin texniki baxış müddətlərinin davam etməsini nəzərə alaraq 27 aprel 2015-ci il tarixindən etibarən “DİQQƏT-TEXNİKİ BAXIŞ” aylığına start verir. 
Qeyd edək ki, Azərbaycan Respublikasında yaşayan və avtomobil istifadəçisi olan bütün şəxslər bu aksiyadan yararlana bilərlər. Layihənin keçirilmə məqsədi vətəndaşlara dövlət texniki baxışının keçirilməsi qaydaları, nəqliyyat vasitələrinin texniki vəziyyətinin qüvvədə olan hərəkətin təhlükəsizliyi qaydaları, normativləri, standartlarının tələblərinə müvafiq olması haqqında marifləndirmək istiqamətində gərəkli məlumatlar vermək və avtomobillərə texniki baxış zamanı sürücülərin qarşılaşdığı qanun pozuntusu hallarının aradan qaldırılması, inzibati hüquqpozmaların qarşısını alaraq vətəndaşların hüquqlarının təmin olunmasıdır. 
Aylıq çərçivəsində vətəndaşlar texniki baxışla bağlı həm hüquqi məsləhət və yardım almaq, həm də texniki baxış zamanı qarşılaşdıqları problemlər və qanunsuzluqlarla bağlı “Qaynar xətt” xidmətinə müraciət edə bilərlər. 
“DİQQƏT-TEXNİKİ BAXIŞ” aylığı Respublikanın bütün regionlarını əhatə etməklə yanaşı “Qaynar Xətt” xidmətinə edilən bütün zənglər (mobil operatorlardan və stasionar telefonlardan) pulsuzdur.
“DİQQƏT-TEXNİKİ BAXIŞ” aylığı çərçivəsində hüquqi yardımlardan yararlanmaq istəyən vətəndaşlar “QAYNAR XƏTT” xidmətinin Tall free: 088 408-30-17 ,088 408-30-27 və ya Bakı şəhərində stasionar telefonlardan (012) 408-30-17, (012) 408-30-27 nömrələri vasitəsi ilə əlaqə saxlaya bilərlər.

Mətbuat xidməti

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO