250 ərəb jurnalisti İstanbula aparıblar

Ötən həftə İstanbulda Türk-ərəb Media Forumu keçirilib. Modern.az saytının məlumatına görə, iki gün sürən foruma 22 ərəb ölkəsindən 250 jurnalist qatılıb. Türkiyənin tanınmış jurnalistləri də forumda iştirak edib. Türkiyənin baş nazirinin müavini Bülənt Arınc da foruma qatılanlar sırasında olub.

Forumda jurnalistlər türk dünyası və ərəb dünyası media münasibətlərini müzakirə ediblər. Bundan sonra da bu cür görüşlərin keçirilməsi qərarlaşdırılıb.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO