23 jurnalist Bakıdan İsmayıllıya gedib

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Parlament Jurnalistləri Birliyilə birgə Gənclər və İdman Nazirliyi və Avrasiya Əməkdaşlıq Fondunun dəstəyilə “Jurnalistlər üçün qış məktəbi” layihəsi həyata keçirir.

Modern.az saytının məlumatına görə, dekabrın 7-də ölkənin müxtəlif media orqanlarını təmsil edən 23 jurnalist Bakıdan İsmayıllı rayonu “Qaya” istirahət mərkəzinə gedib. 7-10 dekabr 2011-ci il tarixində gerçəkləşdiriləcək layihə çərçivəsində gün ərzində 3 mövzu ətrafında müzakirələr aparılacaq.

“Jurnalistikada informasiyanın təqdimat prinsipləri: dəqiqlik, qərəzsizlik, vicdanlı, ədalətli”, “Yeni media şəraitində jurnalistin peşəkarlıq səviyyəsi”, “Avropaya inteqrasiya: Avropa dəyərləri nədir?”, “Media hüququ və Azərbaycan gerçəkliyi”, “Fotojurnalistika və Azərbaycan reallığı”, “Qarabağ problemi Azərbaycan mətbuatında”, “Blogerlik və sosial jurnalistika” mövzuları ətrafında peşəkar təlimçilər tərəfindən jurnalistlərə məlumatlar veriləcək. Həmçinin müxtəlif qrup işləri, əyləncəli intellektual oyunlar keçirilməklə jurnalistlərin asudə vaxtlarının səmərəli keçirilməsi təmin olunacaq.

Qeyd edək ki, layihənin sonunda iştirakçılar ARGTMŞ tərəfindən diplomlarla və hədiyyələrlə təltif ediləcəklər.

“Jurnalistlər üçün qış məktəbi” layihəsində aşağıdakı KİV əməkdaşları iştirak edirlər.

“525-ci qəzet”
Bəxtiyar Məmmədli

“Ayna-Zerkalo” qəzeti
Ülviyyə Axundova

“Ədalət” qəzeti
İntiqam Alıyev

“Respublika” qəzeti
Xəlil Cabbarov

“Mərkəz” qəzeti
Günel Əbilova

“Yeni Musavat” qəzeti
Günay Musayeva

Modern.az portalı
Lalə Musaqızı

1news.az portalı
Elşən Rüstəmov

Qafqazinfo.az saytı
Elbrus Seyfullayev

AzərTAc
Aidə Quluzadə

APA
Ülkər Qasımova

“Səs” İA
İlahə Vəliyeva

Gun.az saytı
Kamil Həmzəoğlu

Mia.az saytı
Zaur Əhməd

Salamnews.az İA
Vasif Həsənli

Azpress.az saytı
Rüstəm İsmayılov

JAM
Seymur Verdizadə

“Teleqraf.az” saytı
Fərəh Sabirqızı

“Reytinq” qəzeti
Ruqiyyə Cəfərova

“Şərq” qəzeti
Seymur Qasımbəyli

ARGTMŞ
Nərminə Məcidova

Parlament Jurnalistləri Birliyi
Elşad Eyvazlı

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO