Sorğu

Dövlət Qarabağ Tarixi Muzeyi haqqında məlumatlısınızmı?

View Results

Loading ... Loading ...

Xəbərlər arxivi

November 2015
M T W T F S S
« Oct   Dec »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Azərbaycanda qeysəriyyə kəsiyi əməliyyatlarının sayı 10 dəfə artıb

Azərbaycanda son 14 ildə qeysəriyyə kəsiyi əməliyyatı ilə edilən doğuşların sayı 10 dəfə artıb.

Trend Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2000-ci ildə Azərbaycanda 3017, 2014-cü ildə 30 561 qeysəriyyə kəsiyi əməliyyatı aparılıb.

İllər üzrə artmağa doğru dəyişən qeysəriyyə kəsiyi əməliyyatlarının göstəricisi 2013-cü ildə 2012-ci illə (30 794) müqayisədə nisbətən azalaraq 28 954-ə ensə də, 2014-cü ildə yenidən artaraq 30 561-ə yüksəlib.

2014-cü ildə həyata keçirilən qeysəriyyə kəsiyi əməliyyatları bütün doğuşların 20,99 faizini təşkil edib. Ümumilikdə 2014-cü ildə 145 585 doğuş olub. Ötən il hər 100 doğuşun 21-i qeysəriyyə kəsiyi əməliyyatı ilə olub.

Azərbaycan Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, qanunvericiliyə dəyişiklik edildikdən sonra dövlət tibb müəssisələrində qeysəriyyə kəsiyi əməliyyatı ilə bağlı qanunvericiliyin tələblərinə ciddi əməl olunur, əməliyyat üçün tibbi göstərişlər protokola uyğun aparılır. Buna görə də dövlət tibb müəssisələrində əsaslı tibbi göstəriş olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılması halları çox azdır. Lakin özəl klinikalarda doğuşların əməliyyatla başa çatma tezliyi dövlət klinkalarından yüksəkdir.

Qeyd edək ki, 2013-cü ildə “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna edilən dəyişikliyə əsasən, qeysəriyyə kəsiyi əməliyyatına dair tibbi əsaslar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeysəriyyə kəsiyi əməliyyatının qeyri-qanuni aparılmasına görə təqsirkar şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO