Sorğu

Dövlət Qarabağ Tarixi Muzeyi haqqında məlumatlısınızmı?

View Results

Loading ... Loading ...

Xəbərlər arxivi

November 2015
M T W T F S S
« Oct   Dec »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

“Beynəlxalq Bank işi” ilə bağlı həbs müddəti uzadılan daha üç nəfərin adı məlum oldu

“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan iş adamlarından daha 3 nəfərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb. Trend-ə etibarlı mənbədən verilən məlumata görə, həmin şəxslər Azərbaycan Beynəlxalq Bankın Dubay filialının müdiri Adil Hüseynov, “City Devoloper” MMC-nin direktoru Ratmir Bəkirov və Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənovdur. Həbs müddəti uzadılanlardan daha biri isə “Azərbaycan Consaltinq Qrup” MMC-nin rəhbəri Erhan Cavad Yavuzdur. Digər 11 nəfər təqsirləndirilən şəxsin həbs müddətinin yaxın günlərdə artırılacağı gözlənilir. Həbs müddəti uzadılan şəxslər hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

Qeyd edək ki, saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, ABB ilə bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və digər maddələrinə əsasən cinayət işi başlanılıb. Bankdan yüksək məbləğdə kredit götürərək vəsaitləri qaytarmayan bankın sabiq məsul vəzifəli əməkdaşları və iş adamları – Beynəlxalq Bankın Mərkəzi filialının direktoru olmuş İlqar Abdullayev, Beynəlxalq Bankın Nəqliyyat filialının direktoru vəzifəsində işləmiş Kənan Orucov, ABB-nin Dubay filialının müdiri Adil Hüseynov, Beynəlxalq Bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, “Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənov, “Azərinşaatservis” MMC-nin təsisçisi olduğu “Trek İnvest” SC-nin direktor əvəzi Əli Əlişov və “İnter Glass” ASC-nin direktoru Fariz Muradov və digər bir neçə nəfər həbs olunub.

Həmçinin ABB-nin sabiq rəhbəri Cahangir Hacıyev də istintaqa cəlb olunub. C.Hacıyev iş üzrə bir neçə dəfə ifadə verib. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO