Sorğu

Dövlət Qarabağ Tarixi Muzeyi haqqında məlumatlısınızmı?

View Results

Loading ... Loading ...

Xəbərlər arxivi

November 2015
M T W T F S S
« Oct   Dec »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Press-Reliz

“Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası” (AVCİYA)Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sənin səsin – sənin gələcəyin: seçkilərdə gənclərin fəallığının artırılması üçün məlumatlandırma sessiyalarının təşkili” layihəsi çərçivəsində Şamaxı, Qobustan Xaçmaz, Gəncə şəhərlərində təlimlər keçirilib.

Layihə çərçivəsində keçirilən təlimlər zamanı ilk dəfə seçkilərdə iştirak etmək hüququ əldə etmiş gənclər seçki proseduru ilə bağlı maarifləndirilmiş, gənclərə seçkilərdə sadəcə seçici kimi deyil, həm də namizəd kimi iştirakın yolu, hüququ və prosedurları haqqında məlumat verməklə onların gələcəkdə yerli özünü idarəetmə orqanlarında təmsil olunmalarına töhfə verilmişdir.
Habelə ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na əsasən həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla gənclərimizin dövlətçiliyə bağlı, intellektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasına təkan verilmişdir.
Qeyd edək ki, layihə çərçivəsində növbəti təlimlər Bakı, Sumqayıt və Cəlilabad şəhərlərində keçiriləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO