Sorğu

Dövlət Qarabağ Tarixi Muzeyi haqqında məlumatlısınızmı?

View Results

Loading ... Loading ...

Xəbərlər arxivi

November 2015
M T W T F S S
« Oct   Dec »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

AŞPA üzvü Arkadio Diaz Tejera: Bu sənəd Azərbaycanın böyük uğurudur

“Qarabağla bağlı real vəziyyətdən xəbəri olan deputatların sayı artır”.
Oxu.Az Avropa Şurası Parlament Assambleyasının ispaniyalı üzvü cənabArkadio Diaz Tejera ilə müsahibəni təqdim edir.
– Cənab Diaz, Siz AŞPA-nın Siyasi Məsələlər və Demokratiya Komitəsinin üzvüsünüz. Məlum olduğu kimi, təmsil edildiyiniz komitə 2015-ci il 4 noyabr tarixində Parisdə məruzəçi cənab Robert Volterin hazırladığı “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində zorakılığın artması” məruzə layihəsini qəbul etmişdir. Bu layihə barədə nə deyə bilərsiniz?
– İlk növbədə qeyd etmək istərdim ki, bu sənəd Azərbaycanın böyük uğurudur və işğal altında qalan torpaqların geri qaytarılması ilə bağlı aparılan sülh danışıqları üçün əldə etdiyi ən tutarlı arqumentdir. Belə bir sənədin qəbul edilməsi həmçinin onu göstərir ki, AŞPA-da Azərbaycanın işğal edilmiş torpaqları ilə bağlı real vəziyyətdən xəbəri olan deputatların sayı artır və onlar obyektiv olaraq sizin ölkəni dəstəkləməyi özlərinə mənəvi borc sayırlar.
– Siz, məruzəyə əlavə edilən 3 düzəlişlərə imza atan şəxslərdən birisiniz. Bu düzəlişlərin mahiyyəti barədə nə deyə bilərsiniz?
– Əvvəla onu qeyd edim ki, Azərbaycan üçün olduqca əhəmiyyətli bu məruzənin meydana gəlməsində həmkarım, Azərbaycan parlamentinin üzvü Elxan Süleymanovun müstəsna xidmətləri var. Demək olar ki, 3 ildir bu insan yorulmadan bu istiqamətdə fəaliyyət göstərdi, məruzəçinin təyin olunmasına nail oldu, məruzəçi Azərbaycana səfər etdi və qətnamə meydana gəldi.
Qeyd etdiyiniz 3 düzəlişin də müəllifi o özüdür. Məruzəçi cənab Volterin hazırladığı məruzədə bəzi dəqiqsizlikləri aşkar edən cənab Süleymanov həmin düzəlişləri dərhal tərtib etdi və AŞPA-dakı digər həmkarları cənab Tadeuş İvinski və məndən imzalanmasını xahiş etdi. Komitənin iclası zamanı bəlli oldu ki, həmin düzəlişlərə Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab Seyidov da qoşulub.
Qətnaməyə edilən düzəlişlərdən sonra Azərbaycan torpaqlarının hələ də işğal altında olması faktı qeyd olunur, D.Əsgərov və Ş.Quliyevin Dağlıq Qarabağın tanınmamış “məhkəmələri” tərəfindən qanunsuz məhkum edilməsi və orada həbslərinin davam etməsinə birbaşa aidiyyəti olan bütün tərəfləri işğalçı qüvvə olan Ermənistan tərəfindən dərhal azadlığa buraxılmasını təmin etməyə çağırır.
Bundan başqa, Assambleya yenidən Avropa Şurası baş katibini Minsk Qrupunun prinsiplərinə müvafiq olaraq, Ermənistan və Azərbaycana xüsusi dəstək üçün qarşılıqlı barışıq proseslərinə yönəlmiş fəaliyyət planı irəli sürməyə və Ermənistan və Azərbaycan ilə bağlı addıma qərar verərkən bu qətnaməni nəzərə almağa çağırır.
Assambleya Ermənistanın Parlament Assambleyasındakı nümayəndə heyəti və Ermənistan hökumətinin bu məruzənin hazırlanmasında əməkdaşlıq etmədiyini kəskin pisləyir. Assambleya hesab edir ki, belə rəftar Ermənistanın Avropa Şurası qarşısındakı öhdəliklərinə ziddir və bu mənada hansı tədbirlər görülə biləcəyini nəzərdən keçirməyi və gələcəkdə məruzəçilərin öz mandatlarını icra etməsinə maneə yaradılmayacağını təmin etməyi tapşırır.
– Bu qətnamə AŞPA-nın 2016-cı ildə keçiriləcək yanvar sessiyasında müzakirəyə çıxarılacaq. Sizcə, Ermənistan hökuməti bu sənədin əngəllənməsi istiqamətində fəaliyyəti öz bəhrəsini verə bilərmi?
– Mən bir az əvvəl qeyd etdim ki, dövlətinizin, nümayəndə heyətinizin, ayrı-ayrı deputatlarınızın AŞPA və başqa beynəlxalq təşkilatlarda apardıqları iş artıq özünü göstərir. Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı real vəziyyətlə daha çox avropalı deputat və siyasətçi tanış olur. Bu baxımdan, əminliklə deyə bilərəm ki, yanvar sessiyasında Ermənistan hökumətinin səylərinə baxmayaraq, məruzə təsdiq ediləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO