Sorğu

Dövlət Qarabağ Tarixi Muzeyi haqqında məlumatlısınızmı?

View Results

Loading ... Loading ...

Xəbərlər arxivi

November 2015
M T W T F S S
« Oct   Dec »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Azərbaycanda bələdiyyə və özəl məktəblərlə bağlı yeni qərar

Azərbaycanda bələdiyyə və özəl məktəblər Təhsil Nazirliyindən rəy aldıqdan sonra öz nizamnamələrində dəyişiklik edə biləcəklər.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar ümumtəhsil, orta ixtisas və ali məktəblərin nümunəvi nizamnamələrində dəyişiklik edilib.

Bu dəyişikliyə əsasən, dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq verilmiş təhsil müəssisələrinin nizamnaməsində edilmiş dəyişikliklər (Azərbaycan Prezidentinin və Nazirlər Kabinetinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) təhsil müəssisəsinin pedaqoji şurası tərəfindən qəbul olunur və təsisçisi tərəfindən təsdiq edilir.

Bələdiyyə və özəl təhsil müəssisələrinin nizamnamələrinin təsdiqinə və onlarda edilən dəyişikliklərə Təhsil Nazirliyi rəy verəcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO