Sorğu

Dövlət Qarabağ Tarixi Muzeyi haqqında məlumatlısınızmı?

View Results

Loading ... Loading ...

Xəbərlər arxivi

November 2015
M T W T F S S
« Oct   Dec »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Elxan Süleymanov: “AŞPA müşahidə missiyasının parlament seçkiləri ilə bağlı qiymətləndirməsi haqqın və ədalətin zəfəridir “

Elxan Süleymanov: "AŞPA müşahidə missiyasının parlament seçkiləri ilə bağlı qiymətləndirməsi haqqın və ədalətin zəfəridir"“AŞPA seçki müşahidə missiyasının Azərbaycanda keçirilmiş 1 noyabr 2015-ci il parlament seçkiləri ilə bağlı qiymətləndirməsi haqqın və ədalətin zəfəridir”.

APA-nın verdiyi məlumata görə, bu sözləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov deyib. O bildirib ki, Avropa Parlamenti, ATƏT PA və ATƏT/DTİHB Azərbaycanda ötən gün keçirilən seçkiləri müşahidə etməkdən imtina edib: “Bununla kifayətlənməyən beynəlxalq qurumlar AŞPA-ya da bu seçkiləri müşahidə etməkdən yayındırmaq üçün güclü təzyiqlər göstərdi. Bu ədalətsiz təcridin yeganə məqsədi dünyada Azərbaycanın mənfi imicini formalaşdırmaq, insan hüquqları bəhanəsi ilə ölkəmizə siyasi təzyiq etmək, stabilliyi pozmaq, işğal edilmiş torpaqlarımızı bizlərə unutdurmaqdır. 2013-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkilərinə verdikləri müsbət qiymətləndirmənin reallıq olduğunu, Azərbaycanın demokratiya yolunda inamla addımladığını həm Avropa Parlamenti, həm AŞPA, həm də ATƏT PA çox gözəl anlayırdı, onlar sadəcə bu reallığı növbəti dəfə görmək və dünyaya bəyan etmək, Azərbaycanda demokratik, şəffaf və azad seçkilərin şahidi olmaq istəmirdi. Bu səbəbdən təcrid, siyasi təzyiq yolu ilə Azərbaycanı şantaj edirdi”.

Millət vəkili bildirib ki, AŞPA bu təzyiqlər altında Azərbaycana 1 noyabr parlament seçkilərinə müşahidə missiyası göndərilməsi ilə bağlı verdiyi qərarına 3 dəfə hörmətsizlik edib: “Bu barədə AŞPA Bürosunda qəbul edilmiş və sessiyada təsdiq edilmiş qərar təkrar-təkrar, yenidən Büronun müzakirəsinə göndərilirdi. Nəticədə 5 fraksiyanı təmsil edən 32 üzvdən ibarət AŞPA müşahidə missiyası 1 noyabr seçkilərini müşahidə etdi və qəbul etdiyi bəyanatla aşağıdakı qiymətləndirməni verdi: Seçkilər demokratik seçkilərin keçirilməsi üçün hüquqi çərçivəni təmin edən Azərbaycanın Seçki Məcəlləsinə uyğun şəkildə keçirildi. Seçki günü bütün ölkə üzrə sakit və dinc şəraitdə keçdi. Səsvermə prosesinin adekvat və beynəlxalq standartlara müvafiq olduğu müşahidə edildi.

Müşahidə missiyası bu seçki prosesinin dinc və sakit keçməsi ilə bağlı Azərbaycan xalqını təbrik edir. Seçkilərə hazırlıq və səsvermə prosesləri peşəkar və texniki baxımdan yaxşı səviyyədə təşkil olunub. Seçki günü Missiya Seçki Məcəlləsinin hər hansı mühüm yaxud sistemli pozulması hallarını qeydə almayıb.
Missiya müşahidələrini ümumiləşdirərək bildirir ki, 1 noyabr parlament seçkilərində müəyyən çatışmazlıqların qeydə alınmasına baxmayaraq, seçici fəallığının mühüm dərəcədə artması, səsvermə və səslərin sayılması vaxtı şəffaflıq Azərbaycanın azad, ədalətli və demokratik seçki istiqamətində atdığı növbəti addımların göstəricisidir və bu seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini ifadə edir”.

Elxan Süleymanov bildirib ki, AŞPA-nın bu qiymətləndirməsi haqqın və ədalətin zəfəridir: “Bu qiymətləndirmə 1 noyabr seçkilərini boykot edən Avropa Parlamenti, ATƏT PA və ATƏT/DTİHB-nin iç üzünü açıb və onların məkirli niyyətlərini ifşa edib. Avropa nəhayət Azərbaycan reallığını qəbul etməli, ədalətsizliyə son qoymalı, siyasi təzyiqlərdən əl çəkməli, Azərbaycanla əməkdaşlıq etməlidir. Biz isə əməkdaşlığa daim açığıq”.

Apa.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO