Sorğu

Dövlət Qarabağ Tarixi Muzeyi haqqında məlumatlısınızmı?

View Results

Loading ... Loading ...

Xəbərlər arxivi

October 2015
M T W T F S S
« Sep   Nov »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Partnyorlarımız

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Qazaxıstanda keçirilən iclasında iştirak edir

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Qazaxıstanda keçirilən iclasında iştirak edir Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Qazaxıstanda keçirilən iclasında iştirak edir.

Trend-in məlumatına görə, oktyabrın 16-da Qazaxıstan Respublikasının Akmola vilayətinin Burabay qəsəbəsində Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının növbəti iclası öz işinə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Dövlət başçıları xatirə şəkli çəkdiriblər.

Sonra Prezident Nursultan Nazarbayev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qazaxıstana gələn digər dövlət başçılarını qarşılayıb.

Prezidentlər birgə foto çəkdiriblər.

Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib.

İclas iştirakçılarını salamlayan Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Belarus Prezidenti Aleksandr Lukaşenkonu yenidən dövlət başçısı seçilməsi, həmçinin Qırğızıstanda parlament seçkilərinin uğurla keçməsi münasibətilə təbriklərini çatdırıb.

Qazaxıstan dövlətinin başçısı bildirib ki, MDB-nin sədri kimi ölkəsi qurum çərçivəsində dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsinə çalışır. Qazaxıstan Prezidenti təşkilatın üzv ölkələr arasında çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün yaxşı platforma olduğunu qeyd edib. İclasın gündəliyindəki məsələlərdən danışan Nursultan Nazarbayev burada qəbul ediləcək qərarların qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə təkan verəcəyinə əminliyini bildirib.

Trend.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO