
İnternetdə, onlayn rejimdə işləyən jurnalist kollektivlərinin bir ciddi problemi var: elektron poçta dayanmadan keyfiyyfətsiz məlumat axır. Portalda çalışan jurnalist öz elektron poçtunu qapamır, tez-tez onu nəzərdən keçirir, bu isə gündə azı 150-200, bəzən bundan da artıq məlumatı nəzərdən keçirmək deməkdir. Bu məlumatların hətta bir dəfə açılıb-bağlanması az qala bir iş gününün yarısı deməkdir. Üstəlik, çoxunun bərbad gündə olması, yəni bir informasiya kimi zay tərtib edilməsi də ciddi başağrısına gətirir. ....