|
|
|
 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində digər sahələrdə olduğu kimi turizm sahəsinin inkişafında da mühüm işlər görülmüş, müasir tələblərə cavab verən çoxsaylı turizm müəssisələri yaradılmış, respublikamıza gələn turistlərin sayı dəfələrlə artırıb.... |
 Dekabrın 1-də X.Natəvan adına uşaq kitabxanasında "3 dekabr - Beynəlxalq Əlillər günü" münasibətilə tədbir keçiriləcək..... |
 Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq, Dövlət Statistika Komitəsi "Kitabxanaların fəaliyyəti haqqında" statistik araşdırma aparıb..... |
 "Nurlan" nəşriyyatında şair Gülayə Şınıxlının "Görün həsrətimin neçə yaşı var" kitabı nəşr edilib. G. Şınıxlının oxucularla beşinci görüşü olan bu kitabda Vətənə, valideynlərə, övlada, ana təbiətə, insanlara məhəbbət öz əksini tapıb..... |
 Dekabrın 3-də Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda xalq yazıçısı Çingiz Abdullayevin tələbələrlə görüşü keçiriləcək..... |
 İranda xalq şairi Bəxtiyar Vahabzadənin "Axı dünya fırlanır" əsəri nəşr olunub. Bu barədə kitabın naşiri, yazıçı-publisist Səid Muğanlı məlumat verib. İranın paytaxtı Tehranda əski əlifbada (ərəb əlifbası) türk dilində (Azərbaycan dilində) nəşr olunan kitabın redaktoru Səid Muğanlıdır..... |
 "Vektor" Nəşrlər Evində şair Sevinc Mürvətqızının "Sən sevgidən yuxarısan" kitabı işıq üzü görüb. Kitabda şairin dərc edilən 80-dən çox şeiri, 4 hekayəsi toplanıb.... |
 Famil Ağalar oğlu Mehdi 1934-cü il dekabrın 25-də Ağdamın Sarıhacılı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. 1958-1961-cı illərdə “Bakı” axşam qəzetində şöbə müdiri vəzifəsində işləyib. 1959-cu ildə SSRİ Yazıçılar İttifaqına üzv qəbul olunub..... |
 Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bələdiyyə seçkiləri ilə əlaqədar maarifçilik tədbirini Şirvan, Lənkəran şəhərlərindən sonra Zaqatalada keçirib..... |
 “Qızıl top” mükafatının sahibi Lionel Messi oldu. Argentina milli komandası və İspaniyanın “Barselona” klubunun hücumçusu “France Football” jurnalının ilin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün 54-cü dəfə keçirdiyi sorğuda 480 mümkün xaldan 473-nü toplayaraq birinci olub..... |
 Rusiya Mədəniyyət Fondu və Rusiyanın Uşaq Kitabı Şurası Sergey Mixalkov adına beynəlxalq bədii müsabiqə elan edir. Rusiyanın İnformasiya və Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə əsasən, 2010-cu ildə keçiriləcək müsabiqədə rus dilində yazan əcnəbi müəlliflər iştirak edəcək. Müsabiqənin sonunda yeniyetmələr üçün ən yaxşı bədii əsər seçiləcək.... |
 Azərbaycanda KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu jurnalistlər üçün elan olunan fərdi müsabiqənin müddətini uzadacaq.... |
 Moskvada yaşayan məşhur Azərbaycan yazıçısı Çingiz Hüseynovun yeni kitabı işıq üzü görüb. Rusiya paytaxtında 3 min tirajla buraxılmış kitabda yazıçı “Məhəmməd, Məmməd, Məmiş”, “Ailə sirləri”, “İgra direktoriyası” romanlarını cəmləyib..... |
|
|
|