“Diffamasiya Haqqında” qanun layihəsi parlamentin mədəniyyət komitəsinə göndərilib Dörd deputatın imzası ilə Milli Məclisə təqdim olunan “Diffamasiya haqqında” qanun layihəsinə parlamentin mədəniyyət komitəsində baxılacaq. Deputat Cəmil Həsənli jurnalistlərə açıqlamasında belə deyib.
“Media forum” saytı xəbər verir ki, qanun layihəsinin qəbulu ilə bağlı müraciəti imzalayan təşkilalardan biri - Jurnalistika və İnkişaf Mərkəzinin eksperti Zeynal Məmmədli sənədin mədəniyyət komitəsinə verilməsini müsbət addım sayır. Ekspert bir müddət əvvəl Azərbaycan Media Mərkəzində “Diffamasiya haqqında” qanunla bağlı debat təşkil olunduğunu xatırladıb: “Debat iştirakçılarından biri Milli Məclisin mədəniyyət məsələləri komitəsinin sədri Nizami Cəfərov idi. O bildirmişdi ki, qanun layihəsi gəlib bizim komitəyə çatsa, onda bu sənəd ən ciddi müzakirə mövzusuna çevriləcək”.

Ətraflı...
“REKET QƏZETLƏR”in yeni siyahısı açıqlanacaq Oktyabrın 22-də Mətbuat Şurası İdarə Heyətinin iclası keçiriləcək. Məlumatı “Media forum” saytına verən qurumun icraçı direktoru Rəhim Hüseynzadənin sözlərinə görə, gündəliyə “Mətbuat Şurasının “reket KİV-ləri”nin müəyyənləşdirilməsi ilə bağlı təlimatları”nın yeni hazırlanmış qaydalarına baxılması məsələsi daxil edilib.
İdarə Heyətinin şikayətlər üzrə komissiyanın rəyləri üzrə qərarlar qəbul edəcəyi gözlənir: “Yəqin ki, iclasda “reket qəzetlər”in yeni siyahısı açıqlanacaq”.
“Mətbuat Şurasının “reket KİV-ləri”nin müəyyənləşdirilməsi ilə bağlı təlimatları”na dəyişiklik layihəsində “reket” qəzetlər siyahısına daxil olunan mətbuat orqanlarının monitorinqinin aparılması yer alıb. Daha bir dəyişiklik adı “qara siyahı”ya daxil olan qəzetin üzərindən qınağın götürülməsi ilə bağlıdır.
Ətraflı...
Söz azadlığının vəziyyətinə görə Rusiya bir ildə 12 pillə geriləyib Rusiya söz azadlığının səviyyəsinə görə 153-cü yeri tutur. “Sərhədsiz Reportyorlar” Beynəlxalq təşkilatının hazırladığı ötən ilki reytinq cədvəlində Rusiya 141 yeri tuturdu. Qeyd edəkl ki, dünya ölkələri üzrə söz azadlığının reytinq cədvəli adıçəkilən təşkilat tərəfindən hər il hazırlanır. Il ərzində Rusiyanın 12 pillə geriləməsinin əsas səbəbini ölkədə ardıcıl olaraq jurnalistlər və hüquq müdafəçilərinin öldürülməsil ilə əlaqələndirirlər.
Ətraflı...
Cəmiyyət diffamasiya qanununa hazırdirmi? Azərbaycan cəmiyyəti “Diffamasiya haqqında” qanunun qəbuluna hazırdırmı?

Hüquqçu Aslan İsmayılov deyir ki, hazır deyil. Onun həmkarı Erkin Qədirli isə məsələyə bu cür yanaşmağa, mövzunu bu yöndən qabartmağa qarşı olduğunu dilə gətirir.
“Media forum” saytına danışan Aslan İsmayılov bildirir ki, “Diffamasiya haqqında” qanunun qəbulu çox vacibdir: “Buna mənfi baxan adam demokratiya, jurnalistika, söz, mətbuat azadlığından xəbərsizdir. Bu mövzu ən azı 10 ildir müzakirə olunur. O səbəbdən də bu qanunun qəbulu çox gecikib, çoxdan qəbul olunmalı idi. Azərbaycanda məmurlar, oliqarxlar jurnalistləri tez-tez həbsə saldıqları üçün bu qanunun qəbulu vacibdir”.
Ətraflı...
Beynəlxalq Avrasiya Mətbuat Fondundan qaçqın və köçkünlərə yardım BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xətti ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ABŞ-ın “Lutheran World Relief” təşkilatı tərəfindən Azərbaycandakı qaçqın və məcburi köçkünlər üçün ayrılmış qeyri-ərzaq yardımını paylayıb.
Bu barədə Modern.az-a BAMF-ın İnformasiya departamentindən məlumat verilib. Məlumata əsasən yataq dəsti, qadın, kişi və uşaq geyimləri, gigienik ləvazimatdan ibarət yardımlar əvvəlcədən nəzərdə tutulan qrafikə uyğun olaraq Tərtər və Füzuli rayonlarında paylanılıb.
Ətraflı...
Məşhur qəzet 100 əməkdaşını işdən çıxardıİqtisadi böhran “New York Times” qəzetini də vurdu.
Amerikanın “The New York Times” qəzeti daha 100 əməkdaşını, yəni redaksiya işçilərinin 8 faizini işdən kənarlaşdırmaq qərarına gəlib.
Ətraflı...
Türk dünyasının jurnalistləri Azərbaycana gələcəkBakıda türk jurnalistlərinin toplantısı keçiriləcək. Toplantının təşəbbüskarlarından olan Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, xalq şairi Sabir Rüstəmxanlının “Media forum” saytına bildirdiyinə görə, tədbirə Mərkəzi Asiya respublikalarından, Türkiyədən, Rusiya tərkibindəki türk respublikalarından jurnalistlər dəvət ediləcək.S.Rüstəmxanlı bildirib ki, məqsəd informasiya mübadiləsindəki boşluqları doldurmaq, türk jurnalistlərinin bir-biriylə əməkdaşlığının zəruriliyi yönündə müzakirələr aparmaqdır: “Belə bir niyyətim çoxdan var idi, sadəcə vaxt qıtlığından bu məsələni reallaşdıra bilmirdik.
Ətraflı...
"Diffamasiya haqqında" qanun olsunmu?“Yeni Nəsil” Jurnalistlər Birliyinin təklifi ilə hazırlanan “Diffamasiya haqqında” qanun layihəsi Milli Məclisə təqdim olunub.
Birliyin sədri Arif Əliyev bu qanun layihəsinin tezliklə deputatların müzakirəsinə çıxarılacağına ümidlidir. Bəs cəmiyyət bu qanun layihəsinin qəbuluna, Cinayət Məcəlləsindən böhtan və təhqirlə bağlı maddələrin götürülməsinə hazırdırmı? “Media forum”a danışan “Exo” qəzetinin baş redaktoru Rauf Talışinski hesab edir ki, cəmiyyətdə söz azadlığı olmalı və bunun üçün də diffamasiyaya görə həbsə gətirən maddələr Cinayət Məcəlləsindən çıxarılmalıdır.Bununla belə, baş redaktor cəmiyyətin bu maddələrin götürülməsinə hazır olub-olmadığını deməyə çətinlik çəkir: “Bilmirəm”.
R.Talışinski istisna eləmir ki, bu qanunun qəbulu xoşagəlməz hallar ehtimalını çoxalda bilər: “Amma mən iqtidar nümayəndələrinin yerinə olsaydım, cəmiyyətin fikrini bilmək üçün bu yöndə sorğu aparardım”.


Ətraflı...
“Blomberg” "BusinessWeek” jurnalını alırABŞ İnformasiya Şirkəti, maliyyə xəbər agentliyi olan “Blomberq” “McGraw-Hill” şirkətlər qrupuna aid olan məşhur "BusinessWeek” jurnalını satın alıb.
Dövrü mətbuat naşirləri gildiyası”nın yaydığı məluamata görə, "Bloomberg" ilkin olaraq nəqd şəkildə 5 milyon dollar, habelə jurnalın əməkdaşlarına ixtisar olduğu halıda 10 milyon dollardan artıq maliyyə vəsaiti ödəməyi öhdəsinə götürüb.
Ətraflı...
REN TV və "Beşinci kanal" öz xəbərlərindən imtina edəcəklər2010-cu ildən etibarən REN TV və "Beşinci kanal" televiziya kanalları öz xəbərlərindən imtina edərək, "Rossiya Today" dövlət teleşirkətinin xüsusi xəbərlər bölməsinin xidmətlərindən yararlanacaqlar. Bu telekanallar "Rossiya Today"in xəbərlərindən istifadə etməyə başladıqdan sonra, Rusiya Federasiyasında müxalif yönümlü telexəbərlər qalmayacaqdır.
Ətraflı...
← Geri    1 2 3 4 5    İrəli →