Məmməd  Nazimoğlunun adini daşiyan fond fəaliyyətini bərpa edibSöz Azadlığını Müdafiə Fondu qısa fasilədən sonra fəaliyyətini bərpa edib. Fond jurnalistika və onun problemlərinə dair tədbirlər keçirməyi, layihələr gerçəkləşdirməyi, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun, həmçinin QHT-lərə Dövlət Dəstəyi Şurasının gələn il elan edəcəyi müsabiqələrə qatılmağı planlaşdırır. “Media forum” saytına danışan fondun sədri, xalq şairi Musa Yaqub məlumat verib.
Onun sözlərinə görə, ötən müddət ərzində fond daha çox mətbuat tarixinə, beynəlxalq əlaqələrin yaranmasına dair layihələr həyata keçirib. ...
Ətraflı...
“Yeni Azərbaycan” qəzetinin baş redaktorunu silahla hədələyən şəxs tutulduOktyabrın 25-də saat 12.10 radələrində Nəsimi rayonundakı D.Əliyeva küçəsində, həmin küçədə yaşayan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov “Toyota” markalı avtomaşınını idarə edərkən “Mercedes” markalı avtomaşının sürücüsü ilə aralarında münaqişə baş verib. ...
Ətraflı...
Erməni aqressiyası barədə Gürcüstanda kitab çap olunubAzərbaycanın Gürcüstandakı səfirliyi ermənilər barədə yeni kitab yayıb. Səlahiyyətli və fövqaladə səfir Namiq Əliyevin müəllifi olduğu kitabda Ermənistan Respublikasının Azərbaycan Respublikasına etdikləri barədə danışılır. Və elə kitab bu cür də adlanır: “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı aqressiyası və bunun hüquqi nəticələri”. ...
Ətraflı...
Gələn il büdcədən KİV-in inkişafına 2 milyon, QHT-lərin inkişafına 2,8 milyon manat ayrılacaqModern.az Azərbaycan Respublikasinın 2010-cu il üçün “Dövlət büdcəsi haqqında” qanun layihəsində Qeyri-Hökumət Təşkilatlarının və Kütləvi İnformasiya Vasitələrinin inkişafının dövlət tərəfindən dəstəklənməsi məqsədilə ayrılacaq maliyyə vasaitinin məbləğini dəqiqləşdirib.
Belə ki, 2010-cu ilin büdcə zərfində ölkədə vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinin inkişafı istiqamətində milli qeyri-hökumət təşkilatlarının daha səmərəli iştirakını təmin etmək, həmçinin qeyri-hökumət təşkilatlarına dövlət qayğısını gücləndirmək məqsədilə dövlət büdcəsindən 2.8 milyon manat vəsait nəzərdə tutulub. ...
Ətraflı...
Mətbuat Şurasında uşaq və gənclər mətbuatının vəziyyəti müzakirə ediləcəkOktyabrın 28-də Mətbuat Şurasının təşəbbüsü ilə «Azərbaycan KİV sistemində uşaq və gənclər mətbuatının rolu: dünən, bu gün, sabah» mövzusunda dəyirmi masa keçiriləcək. Bu barədə Modern.az-a Mətbuat Şurasından məlumat verilib. ...
Ətraflı...
Leonardo Da Vinçinin yeni əsəri tapılıb“İntibah dövrünə aid paltarda gənc qız” adlı əsər 19 min dollara satılıbDünyada tanınmış rəssam Leonardo Da Vinçinin yeni əsəri tapılıb. “İntibah dövrünə aid paltarda gənc qız” adlı əsər bir müddət öncə keçirilən həracda naməlum rəssamın əsəri kimi 19 min dollara satılmışdı. Əsərin məşhur rəssama məxsus olduğu isə onun üzərində tapılan barmaq izləri sayəsində mümkün olub. İncəsənət dünyasına bəlli olmayan bu əsərin tapılmasında 2007-ci ildə onu alan kanadalının böyük rolu olub. ...
Ətraflı...
Mətbuat Şurası özünü dolaşdırıb: "Təzadlar" "Qara siyahı"ya salınıb,amma "reket" elan olunmayıbMətbuat Şurasının bu gün yaydığı açıqlamada dolaşıqlığa yol verilib. Belə ki, İdarə Heyətinin iclasında “Xəbər xətti”, “Hüquq və ittiham”, “Qanun və nəzarət” qəzetlərinin “reket nəşr”lər elan olunduğu bildirilən məlumatın ardınca “Təzadlar” qəzeti ilə bağlı ayrıca müzakirə olduğu vurğulanıb.
Həmin məqamı oxucuların diqqətinə çatdırırıq: “Təzadlar” qəzetinə gəlincə, çıxışlarda bildirildi ki, nəşrin fəaliyyətində həqiqətən mətbu reketçilik əlamətləri mövcuddur. “Təzadlar” MŞ-nin əvvəlki xəbərdarlığına məhəl qoymayıb. ...
Ətraflı...
AMEA-nın müxbir üzvü Nizami Cəfərovun elmi yaradıcılığına həsr olunmuş kitab sərgisi açılıbAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Nizami Cəfərovun elmi yaradıcılığına həsr olunmuş kitab sərgisi açılıb. ...
Ətraflı...
Gənc yazarlar Nizami adına Ədəbiyyat Muzeyində olublarOktyabrın 23-də gənc jurnalistlər və ədiblər Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində olublar. SİA-nın məlumatına görə, tədbir “525-ci qəzet”tin həyata keçirdiyi “Gənclərin mənəvi və ədəbi inkişafı” adlı layihə çərçivəsində baş tutub.
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyə yardımı ilə keçirilən tədbirdə çıxış edən “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib ki, layihənin məqsədi gələcək ədib və publisistlərə Azərbaycan mədəni irsini təbliğ etməkdir. ...
Ətraflı...
Azərbaycan səfirliyi erməni təcavüzünə həsr olunmuş kitabının təqdimatını keçirəcəkBu gün ölkəmizin Gürcüstan respublikasındakı səfirliyinin təşkilatçılığı və təşəbbüsü ilə ingilis və rus dillərində nəşr olunmuş “”Ermənistan respubliksının Azərbaycan respubliksına təcavüzü və hüqüqi nəticələri” adlı kitabın təqdimatını keçirəcək...
Ətraflı...
“Reket nəşrlər”lə bağlı təlimat dəyişdi:qara siyahıdan çıxmağa bir il vaxt lazım gələcəkMətbuat Şurası İdarə heyətinin iclasında “Reket nəşr”lərin müəyyənləşdərilməsinə dair təlimat”a əlavələr təsdiq olunub.
Şuradan “Media forum saytına daxil olan məlumata görə, təlimata əlavələr “reket nəşr” elan olunmuş KİV-lərin üzərində həmin adın götürülməsi proseduruna bu barədə qərarın qəbulundan bir il sonra baxılmasını nəzərdə tutur...
Ətraflı...
Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyi Azərbaycan və Türkiyə ictimaiyyətinə müraciət ünvanlayıb Jurnalistlər Ekstremal Şəraitdə İctimai Birliyi Azərbaycan Media Mərkəzində “Yaxın Şərq projesi və prokollar nə vəd edir” mövzusunda dəyirmi masa keçirib. SİA-nın məlumatına görə, birliyin sədri Firuzə Əsədullayeva bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd cəmiyyətin əsas məlumatlandırıcı qüvvəsi olan jurnalistlərin münasibətini ortaya qoymaqdır.......
Ətraflı...
Leonardo Da Vinçinin anası azərbaycanlıdır?Tədqiqatçılar onun anasının Azərbaycandan olduğunu iddia edir
İntibah dövrünün dahilərindən biri olan məşhur rəssam Leonardo Da Vinçi sən demə, azərbaycanlı imiş.
Deyilənə görə, rəssamın müsəlman anasının vətəni Cənubi Qafqaz dağları və Xəzər dənizi arasında yerləşən Azərbaycandır. Bu barədə ötən gün Kanadanın “National Library and Archives”-də Azərbaycan və Türkiyə səfirliklərinin birgə təşkil etdikləri mühazirə zamanı məlumat verilib......
Ətraflı...
Bakıda “Azərbaycan mediasının menecment problemləri” mövzusunda seminar keçirilib Bu gün Mətbuat Şurasının konfrans zalında Jurnalistlərin Həmkarlar İttifaqı (JHİ) tərəfindən kütləvi informasiya vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə hazırlanan “Media biznes iqtisadiyyatı sahəsində müasir dünya təcrübəsinin Azərbaycanda tədbiqi” adlı layihə çərçivəsində “Azərbaycan mediasının menecment problemləri” mövzusunda seminar keçirilib.....
Ətraflı...
Tehranda keçirilən beynəlxalq media sərgisində  tərəfdarlar arasında dava düşüb Tehranda keçirilən beynəlxalq media sərgisində Mehdi Kərrubi və Mahmud Əhmədinejadın tərəfdarları arasında dava düşüb
İranın parlamentinin sabiq spikeri, keçmiş prezidentliyinə namizəd Mehdi Kərrubi Tehranda keçirilən XVI Beynəlxalq Mətbuat və Xəbər Agentlikləri Festivalı və Sərgisinə tamaşa etmək üçün tədbir keçirilən zala gəlib.
APA-nın sərgidə iştirak edən əməkdaşının verdiyi məlumata görə, Mehdi Kərrubini sərgidə onun tərəfdarları və müxalif olan qruplar qarşılayıb.....
Ətraflı...
← Geri    1 2 3 4 5    İrəli →