Jurnalistin ölümü ilə bağlı cinayət işi yenidən başlanıb The Forbes jurnalının rus versiyasının öldürülmüş baş redaktoru Pol Xlebnikovun ailəsinin vəkili Larisa Maslennikova "Exo Moskvı" radiostansiyasına bildirib ki, baş redaktorun öldürülməsi ilə bağlı cinayət işi iyunun 19-da yenilənib.

İyunun 30-da Reuters agentliyi xəbər vermişdi ki, bir müddət əvvəl Xlebnikovun ailəsinin amerikalı vəkilləri cinayət işinin araşdırılmasının dayandırılması barədə bildiriş alıblar. Rusiyanın hüquq-mühafizə orqanlarındakı mənbə jurnalistlərə bildirib ki, mayın 28-də bağlanan cinayət işi yenidən açılıb. Bu barədə amerikalı vəkillərin rəyini soruşduqda isə vəkillər onlarda belə bir informasiyanın olmadığını bildiriblər.
Ətraflı...