İki böyük nəşriyyat assosiasiyası birləşib Özündə mövsümi çap nəşrlərini birləşdirən iki böyük qeyri-hökumət təşkilatları - Ümumdünya Qəzetlər Assosiasiyası (WAN) və Beynəlxalaq Çap və Media-texnologiya Assosiasiyası (İFRA) birgə fəliyyət göstərmək haqqında qərar qəbul ediblər. Bu il iyulun 1-dən Ümumdünya Qəzetlər və Xəbərlər nəşriyyatı (World Association of Newspapers and News Publishers, WAN - IRFA) rəsmi olaraq fəaliyyətə başlayacaq. Bu barədə İFRA saytında xəbər verilir.
Ətraflı...
Rostovda çıxan qəzetin döyülən baş redaktoru vəfat edib Rostovda yerli "Korrupsiya və cinayət" qəzetinin bu ilin aprelində döyülən baş redaktoru Vyaçeslav Yaroşenko vəfat edib. Azadlıq radiosunun bildirdiyinə görə, o, vəziyyəti ağırlaşarkən göndərildiyi xəstəxanada vəfat edib.

Dəqiqləşmiş məlumata görə, baş redaktor döyüləndən sonra bir neçə gün koma vəziyyətində olmaqla bir ay müddətində xəstəxanada yatıb. Onu evə buraxandan sonra yenidən halı pisləşib.
Ətraflı...
Mixail Leontyev ictimai-siyasi həftəlik buraxacaq Televiziya aparıcısı Mixail Leontyev yeni "Odnako" adlı ictimai-siyasi jurnal buraxacaq.

Jurnalın təqdimat mərasimi bu ilin iyul ayına planlaşdırılır. Jurnalın nəşri isə sentyabrda başlayacaq. Leontyevin sözlərinə görə, yeni layihənin auditoriyası "dərk edilmiş dialoq" aparılması mümkün olan insanlar olacaq. Jurnalistin fikrincə, ölkədə 100-150 belə insan var.
Ətraflı...
Aleksandr Rodnyanski avqustun 1-dən "STS Media"-nın prezidenti postundan gedəcək Yeddi il ərzində "STS Media" kompaniyasına başçılıq etmiş Aleksandr Rodnyanski direktorlar şurasında təmsil olunmaqla prezident səlahiyyətlərinə son verəcək. Bu barədə kompaniyanın mətbuat mərkəzindən bildiriblər.
Ətraflı...
Qazaxıstan parlamenti internet-resursları KİV-lə eyniləşdirdi Qazaxıstan parlamenti özünün plenar iclasında "İnformasiya-kommunikasiya şəbəkələri haqqında qanuna əlavə və düzəlişlər edilməsi haqqında" Qanun layihəsini qəbul edib.
Ətraflı...
"Noviy Peterburq"un jurnalistinin günahsızsızlığı sübut olunub  Sankt-Peterburq məhkəməsi ekstremist fəaliyyətə çağırış, milli və dini ədavəti qızışdırmaq, həmçinin, dövlət məmuruna böhtan atma maddələri ilə təqsirli bilinən "Noviy Peterburq" qəzetinin müəllifi və təsisçilərindən olan Nikolay Andruşenkonun günahsızlığını sübut edib. Andruşenkonun əməllərində cinayət tərkibi tapılmadığından ona bəraət verilib.
Ətraflı...
Stavropolda "xəstəliklərlə mübarizədə KİV-in rolu" mövzusunda seminar keçirilib Seminarda Stavropol diyarının, Kalkmıkiyanın, Dağıstanın və Çeçenistan Respublikasının regional, şəhər və rayon qəzetlərinin nümayəndələri iştirak ediblər. Stavropol diyarının vitse-qubernatoru, diyar jurnalist təşkilatlarının sədri Vasili Balditsın vətəndaş cəmiyyətinin inkişafında və sosial məsələlərin həllində jurnalistikanın mühüm rolu olduğunu qeyd edib.
Ətraflı...
İranda Newsweek-in jurnalisti saxlanılıb Kanada vətəndaşı olan Newsweek jurnalının əməkdaşı bazar günü İran hakimiyyəti tərəfindən saxlanılıb. Bu barədə jurnal redaksiyasının bəyanatına əsasən Agence France - Presse məlumat yayıb.

Maziar Baharinin həmkarlarının dediklərinə görə, o, son on ildə İranda yaşayaraq oranın hakimiyyət dairələri ilə uğurlu əməkdaşlıq edirdi, onun reportajları isə həmişə "dəqiq və ölçülüb biçilmiş" olurdu.
Ətraflı...
The Guardian parlament üzvləri əleyhinə kompromat müsabiqəsi elan edib Britaniyanın "The Guardian" qəzeti oxucuları üçün parlament uzvləri tərəfindən xəzinə hesabına edilmiş mümkün qədər rüsvayçı xərcləri tapmaq üçün müsabiqə elan edib. Bundan ötrü redaksiya saytda parlament üzvlərinin xərcləri haqqında 92 min səhifə axtarış sistemini işə salıb.
Ətraflı...
Peterburq jurnalistləri hakimiyyət nümayəndələri ilə münasibətləri öyrənəcək Peterburq və Leninqrad vilayəti Jurnalistlər Birliyinin bələdiyyələr, rayon və korporativ KİV-lə iş komissiyası iyunun 23-də "Jurnalistlər Evi"ndə "İnsan qəzetdə" mövzusunda dəyirmi masa keçirəcək.
Ətraflı...
Elmi jurnallar kağız çap variantından imtina edib Amerika Kimya Cəmiyyəti (American Chemical Society) öz jurnallarının kağız çap variantından imtina etmək haqqında qərar qəbul edib. Bu barədə Nature News portalı xəbər yayıb.

İnternet şəbəkəsinə bütünlüklə keçmənin səbəbi jurnalın kağız variantını sifariş edən abunəçilərin sayının daima azalması olmuşdur. Ona gorə də müvafiq olaraq "adi" jurnalların nəşri get-gedə az ödənilir.
Ətraflı...
Böyük Britaniya kitabxanasında XIX əsr qəzetlərinin onlayn - arxivi açılıb Birləşmiş Krallığın ən böyük milli kitabxanası olan Britaniya kitabxanası 1800-1900-cü illərdə London və Britaniya əyalətlərində çıxan qəzetlərin arxivini internetə yerləşdirib. 2 milyon səhifəyə yaxın olan qəzetlərdə siyasi icmallardan reklam və elanlara qədər hər şey yerləşdirilib.
Ətraflı...
Ukrayna "Perviy kanal"ın qeydiyyatını qeyri-müəyyən müddətə təxirə salıb Ukraynanın Teleradio Verilişləri Milli Şurası "Pervıy kanal. Vsemirnaya set" telekanalının qeydiyyat məsələsini qeyri - müəyyən müddətə təxirə salıb. Bu barədə Milli Şura sədrinin müavini Andrey Miroşniçenkoya istinadən RİA Novosti agentliyi xəbər verib.

Onun sözlərinə görə, kanal haqqında qərarın verilməməsinə səbəb qeydiyyatla bağlı bəzi sənədlərin çatışmaması olub.
Ətraflı...
"Russkaya jizn" jurnalı bağlanıb "Russkaya jizn" jurnalı öz fəaliyyətini dayandırıb. Bu barədə OpenSpace portalına jurnalın baş redaktoru Dmitri Olşanski məlumat verib. Onun sözlərinə görə, jurnalın bağlanmasının əsas səbəblərindən biri maliyyə çətinlikləridir.

Olşanski qeyd edib ki, nəşrin satış tirajının qismən qaydaya salınmış sisteminə baxmayaraq, "Russkaya jizn" öz-özlüyündə tanınmış brend təsiri bağışlamadığı üçün, məşhur KİV-lərə aid olmadığı üçün və iri nəşriyyat evinə daxil olmadığı üçün dövri mətbuat bazarında nəzərə çarpmadan qalırdı.
Ətraflı...
Rusiya Dövlət Dumasında jurnalistlərin cinayət məsuliyyətindən mühafizə edilməsi haqqında qanun layihəsi hazırlanıbRusiya Dövlət Dumasında "Kütləvi İnformasiya Vasitələri Haqqında Qanun"a düzəlişlər edilib. Bu düzəlişlər jurnalistlərin işinin hüquqi qarantiyasına aiddir. Bu barədə Dumanın İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Boris Reznik məlumat verib.
Ətraflı...
← Geri    1 2 3 4    İrəli →