|
|
|
 Martın 3-də axşam Qırğızıstanın paytaxtında «Reportyor-Bişkek» qəzetinin siyasi icmalçısı, «Ata məkan» müxalifət partiyasının üzvü Sırqık Abdıldayev hücuma məruz qalmışdır. Məlumatı «AKİpress» informasiya agentliyi yayıb. |
 İran Məhkəmə Sisteminin sözçüsü Əlirza Cəmşidi ötən gün jurnalistlərə açıqlamasında ABŞ vətəndaşı olan jurnalist Roksana Sabirinin həbs edildiyini təsdiqləyib, onun Tehranın Evin zindanında saxlandığını deyib. |
 Ötən gün Bakı 1 saylı Yerli İqtisad Məhkəməsində "Azərbaycanfilm" Kinostudiyası və Professional Kinorejissorlar Gildiyasının İctimai Televiziya və Radio Yayımları Şirkətinə (İTV) qarşı qaldırdığı iddia və İTV-nin qarşılıqlı iddiası üzrə keçirilən prosesdə qərar elan olunub. |
 Yaxın zamanlarda Azərbaycanda ingilis, rus, fars, türk və erməni dillərində xəbərlər, verilişlər yayımlayacaq yeni beynəlxalq televiziya açılacaq. Bu barədə APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. |
 Martın 2-dən Tacikistanda borca görə Rusiyanın RTR-Planeta telekanalının fəaliyyəti dayandırılıb. Məlumatı «Radiotelekom» başçısı Suxrob Əliyevin bəyanatına istinadən İTAR-TASS yayıb. Məmur «Ay yarım əvvəl biz növbəti dəfə Rusiya telekanalının rəhbərliyini borclar və televiziya avadanlığının texniki xidmət tariflərinə yenidən baxılması zəruriliyi haqqında xəbərdar etmişdik - deyə, şərh verib. |
 Əyalətdə çıxan Çin qəzetlərindən biri ABŞ xəbər agentliyinin məlumatını səhv tərcümə etməklə Çin xalq Respublikasına 150 «Airbus» sərnişin təyyarəsinin təchizatına dair sazişi «ləğv edib». Məlumatı yayan China Daily bildirir ki, ÇXR-ın 150 təyyarənin tədarükü planının öhdəsindən gələ bilməyən «Airbus»la sazişi pozması haqqında məqaləni başqa bir KİV tərəfindən yenidən çapı nəinki Çində, onun hüdudlarından kənarda da geniş rezonansa səbəb olub. |
 Reuters agentliyi İranda Amerika jurnalisti Roksana Saberinin həbs olunduğunu xəbər verir. BBC və NPR kimi şirkətlərlə əməkdaşlıq edən jurnalist yanvarın 31-də həbs olunsa belə, bu barədə yalnız fevral ayında məlum olub. |
|
|
|