Rusiyanın The Moscow News qəzetinə britaniyalı rəhbərlik edəcəkRusiyanın The Moscow News ingilisdilli qəzetinə baş redaktor britaniyalı jurnalist Tim Uoll təyin edilib. Bu məlumatı fevralın 6-da nəşrin məxsus olduğu RİA Novosti yayıb. Elə həmin gün Uollun redaksiyası altında nəşrin yeniləşmiş həftəliyi çıxıb.

Ətraflı...
Rupert Merdokun şirkəti 6 milyard dollar itirib Dünyanın ən iri media-holdinglərindən biri, News Corporation 2008-cmi ilin dördüncü kvartalında 6,4 milyard dollar məbləğində zərər çəkib. The Guardian yazır ki, Rupert Merdokun korporasiyasına əsas ziyan 8,4 milyard dollar məbləğində aktivlərin silinməsi nəticəsində dəyib.

Ətraflı...
Vətəndaş Həmrəyliyi Partiyası İran telekanalının yayımının dayandırılmasını tələb edirVətəndaş Həmrəyliyi Partiyası İranın «Sahar» telekanalının Azərbaycanda yayımınına son qoyulmasını tələb edir. Məlumatı yayan «Turan» informasiya agentliyi bildirir ki, partiyanın bəyanatına görə, sözügedən kanal bir həftədir ki, qurumun lideri Sabir Rüstəmxanlı və Azərbaycan dövlətinə qarşı «vicdansız» kampaniya aparmaqla, vətəndaşları dövlətə qarşı çıxışlara təhrik edir.
Ətraflı...
MSK referendumla bağlı jurnalistlərin təşəbbus qrupunu qeydiyyata almayıbMərkəzi Seçki Komissiyası martın 18-də keçiriləcək Referendumla bağlı yaradılmış «Azad söz» təşəbbüs qrupunu qeydiyyata almaqdan imtina edib. APA xəbər verir ki, MSK-ın dününki iclasında komissiyanın katibi Natiq Məmmədov təşəbbüs qrupu adından 43 min 100 imzanın təqdim edildiyini bildirib.




Ətraflı...
Somalidə müstəqil radiostansiyanın direktoru qətlə yetirilibAFP silahlanmış şəxsin Somalinin paytaxtı Moqadişonun müstəqil aparıcı radiostansiyasının direktorunu qətlə yetirdiyini xəbər verir. HornAfrik radiostansiyası əməkdaşlarından biri deyib ki, direktorun cəsədi redaksiyadan çıxdıqdan bir müddət sonra küçədə aşkar edilib.


Ətraflı...
Paris Match jurnalı Sarkozinin oğlunun toy şəkillərinə görə cərimələnibFransanın Paris Match həftəliyi prezident Nikolya Sarkozinin kiçik oğlunun toy şəkillərini müvafiq icazə olmadan dərc etdiyinə görə 4 min avro məbləğində cərimələnib. Bunu AFP agentliyi yayıb.


Ətraflı...
Apelyasiya Məhkəməsi «Azadlıq» qəzeti əməkdaşını vaxtından əvvəl azadlığa buraxmaqdan imtina edib Bakı Apellyasiya Məhkəməsi satirik-yazar, «Azadlıq» qəzetinin əməkdaşı Mirzə Sakiti vaxtından əvvəl azadlığa buraxmaqdan imtina edən Nərimanov Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Məlumatı Day.az saytı yayıb.


Ətraflı...
← Geri    1 2 3 4    İrəli →