Türkiyə jurnalistləri Xocalı faciəsi haqqında daha çox məlumat toplamaq üçün Azərbaycana gəlibMətbuat Şurasında hazırda Bakıda səfərdə olan Türkiyə jurnalistlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib. Məlumatı «Novosti-Azərbaycan» agentliyinə istinadən «Media forum» saytı yayıb.
Ətraflı...
Heydər Əliyev Fondunun dəstəyilə Xocalı faciəsi qurbanlarının xatirəsi 50 diplomatik nümayəndəlikdə anılacaqHeydər Əliyev Fondunun dəstəyilə Azərbaycanın xaricdəki 50 səfirliyi, konsulluğu və diplomatik nümayəndəliklərində Xocalı faciəsinin 17-ci ildönümü qeyd olunacaq. Heydər Əliyev Fondundan Trend News agentliyinə Xocalı soyqırımının ildönümünə həsr edilmiş anım mərasimlərinin Vaşinqton, Nyu-York, Varşava, London, Haaqa, Dubay, Kiyev, Moskva, Berlin, Strasburq, Brüssel, Buxarest, Cenevrə, Ankara, İstanbul, Praqa, Paris, Tbilisi və digər şəhərlərdə keçiriləcəyini bildiriblər.


Ətraflı...
Politkovskayanın ailəsi hökmə qarşı apellyasiya şikayəti verməyəcəkZərərçəkmiş tərəf Anna Politkovskayanın qətli ilə bağlı prosesdə heç də neytral mövqe tutmayıb. Bunu bazar günü həlak olmuş jurnalistin ailəsinin vəkili Anna Stavitskaya bəyan edib.
Ətraflı...
Elnur Baimov: «Fəaliyyətimizi əvvəlki kurs, hazırki kollektivlə, heç bir dəyişiklik etmədən davam etdirəcəyik»«Day.az» saytının baş redaktoru Elnur Baimov «Media forum» saytına müsahibəsində bəyan edib ki, fevralın 25-də «Day.az», «Today az» saytları və «Day.az-Radio» fəaliyyətlərini bərpa edəcəklər: «Bu haqda elan artıq saytda yerləşdirilib. Əlavə heç bir şərh verə bilmərəm»
Ətraflı...
Azərbaycan hüquq müdafiəçiləri xarici vicdan məhbuslarını dəstəkləyirlərmi?«Gündəlik Azərbaycan» və «Realnı Azərbaycan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev ötən ilin sonundan Amnesty İnternational («Beynəlxalq Amnistiya») təşkilatının təşəbbüsü ilə xaricidən, ayrı-ayrı şəxslər və strukturlardan çoxlu məktub alır. Fevralın 18-nə olan informasiyaya əsasən, bu günə kimi E.Fətullayev xaricdən 11 min məktub alıb.
Ətraflı...
Azərbaycanın ən tanınmış xəbər saytı bağlanıbAzərbaycanın ən məşhur İnternet-resurslarından biri olan Day.Az saytı artıq ikinci gündür ki, fəaliyyət göstərmir. Sayt sadəcə bağlanmayıb, DNS-serverlərdən portal haqqında məlumat belə yığışdırılıb. Beləliklə, texniki problemlər haqqında versiya təsdiqini tapmır.
Ətraflı...
ABŞ Dövlət Departamenti Anna Politkovskayanın qatillərinin tapılmasını tələb edibABŞ Dövlət Departamenti Rusiya hakimiyyətini «Novaya qazeta» nəşrinin jurnalisti Anna Politkovskayanın qatillərini üzə çıxarmağa çağırıb. Məlumatı fevralın 20-də Agence France-Presse yayıb. «Qətlin hələ də açılmamasından təəssüflənir və Rusiya hakimiyyətini mümkün qədər tez bir zamanda cinayətkarları tapıb məsuliyyətə cəlb etməyə çağırırıq», - deyə Dövlət Departamentinin nümayəndəsi Qordon Duquid bəyan edib.
Ətraflı...
JURNALİSTLƏRƏ 1300 ABŞ DOLLARI HƏCMİNDƏ YARDIM AYRILIBSöz Azadlığı və Jurnalistlərin Müdafiəsinə Yardım Fondu jurnalistlərə 1300 ABŞ dolları həcmində yardım ayırıb.


Ətraflı...
Pakistanda telereportyoru islamçıların dinc nümayişindən sonra qətlə yetiriblərAgence France-Presse xəbər verir ki, Pakistan telejurnalisti, əksər hissəsi taliblərin nəzarət etdiyi şimal-qərb Svat dərəsində başından güllə ilə qətlə yetirilib.
Ətraflı...
Böhran Almaniyada Vanity Fair jurnalının bağlanmasına səbəb olubConde Nast Amerika nəşr evinin rəhbərliyi Vanity Fair jurnalının alman versiyasını bağlamaq haqqında qərar çıxarıb. AP agentliyinin məlumatına görə, buna nəşr evinin maliyyə böhranı üzündən üzləşdiyi ciddi problemlər səbəb olub.
Ətraflı...
«Sərhədsiz reportyorlar» həbsdə olan jurnalistlərin ailələrinə maddi yardım göstəribMərkəzi ofisi Fransa paytaxtı Parisdə yerləşən «Sərhədsiz Reportyorlar» beynəlxalq jurnalist təşkilatı Azərbaycanda həbsdə olan dörd jurnalistin ailəsinə maddi yardım göstərib. «Turan»ın məlumatına görə, fevralın 17-də təşkilatın nümayəndəsi Bakıda Mirzə Sakit, Müşfiq Hüseynov, Qənimət Zahidin həyat yoldaşlarına və Eynulla Fətullayevin atasına maddi yardım göstərib.


Ətraflı...
Afinada televiziya stansiyasını partlatmağa cəhd ediblərAssociated Press agentliyi dörd cinayətkarın Afinanın cənubunda yerləşən Yunanıstanın Alter TV stansiyasının binasını partlatmağa cəhd etdiklərini xəbər verir. Yerli polis baş vermiş olay haqqında informasiyanı təsdiqləsə də, hadisə barədə ətraflı məlumat verməyib.
Ətraflı...
Çin jurnalisti binanın damından düşərək sağ qalıbFevralın 17-də 25 mərtəbəli binanın damından düşən telejurnalist ciddi xəsarətlər alıb. Məlumatı yayan «Sinxua» xəbər agentliyi reportyorun Çjetzyan əyalətindəki çəkilişlər zamanı yerli vaxtla səhər saat 8:45-də damdan yıxıldığını bildirir. Reportyor Vençjou şəhərinin televiziya stansiyasında çalışırmış.
Ətraflı...
YENİ JURNALİST MÜSABİQƏSİAraşdırıcı Jurnalistlərin Azərbaycan Şəbəkəsi (AJAŞ) ölkə jurnalistləri arasında ən yaxşı araşdırma yazısı üçün müsabiqə elan edir. Layihənin koordinatoru Çingiz Sultansoyun “Media forum” saytına bildirdiyinə görə, müsabiqənin məqsədi ciddi sosial-iqtisadi problemləri işıqlandıran, beynəlxalq jurnalistika standartlarını qoruyan jurnalistləri fəallaşdırmaq, ən yaxşı yazı müəlliflərini dəstəkləmək, ölkə ictimaiyyətini vacib iqtisadi və sosial problemlərlə tanış etməkdir.

Ətraflı...
Xocalı soyqırımının 17-ci ildönümü ilə bağlı tədbirlər planı təsdiqlənibAzərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar tədbirlər planı təsdiqlənib. Day.az saytı AzərTac agentliyinə istinadən xəbər verir ki, tədbirlər planına əsasən fevralın 26-da Xocalı soyqırımının Xətai rayonundakı memorial və Şəhidlər Xiyabanı ziyarət olunacaq. Bundan əlavə saat 17.00-da ölkə ərazisində bir dəqiqəlik sükutla xocalı soyqırımı qurbanlarının xatirəsi yad ediləcək.
Ətraflı...
← Geri    1 2 3 4    İrəli →