Obamanın inauqurasiyasını 37,8 milyon amerikalı izləyibYanvarın 20-də Vaşinqtonda Birləşmiş Ştatların 44-cü prezidenti Barak Obamanın televiziya ilə birbaşa yayımlanan inauqurasiya mərasiminə 37,8 milyon amerikalı baxıb. Xəbəri Nielsen Media Research şirkətinin ilkin məlumatına istinadən TV Week nəşri yayıb.


Ətraflı...
Ümumdünya qəzet assosiasiyası qlobal böhrana görə konqresi təxirə salıbQlobal iqtisadi böhran üzündən Ümumdünya Qəzet Assosiasiyası martdakı illik konqresin keçirilməsini təxirə salıb. Məlumatı çərşənbə axşamı France Presse agentliyi yayıb.
Ətraflı...
Hüquq müdafiəçiləri Markelovla Baburovanın qətlə yetirildiyi yerdə aksiya keçiriblərYanvarın 20-də hüquq müdafiəçiləri ötən gün Moskvanın mərkəzində qətlə yetirilmiş vəkil Stanislav Markelovla jurnalist Anastiya Baburovanın xatirəsini yad etmək məqsədilə aksiya keçiriblər. «İnterfaks»ın məlumatına görə, hüquq-müdafiə təşkilatlarının nümayəndələri və sadə vətəndaşlar qətlin baş verdiyi Preçistinka küçəsinə gül, şam və öldürülən şəxslərin şəkillərini gətiriblər.
Ətraflı...
«Reketlə məşğul olan qəzetlər «Azərbaycan» nəşriyyatından kənarlaşdırılacaq»«Azərbaycan» nəşriyyatı Mətbuat Şurasının reket elan etdiyi qəzetlərlə müqavilə bağlamaqdan imtina edib. Bunu APA-ya «Azərbaycan» nəşriyyatı direktorunun müavini Bəsti İsmayılova deyib.

Ətraflı...
Ombudsman aparatının əməkdaşları həbsxanada Eynulla Fətullayevlə görüşüblərSözügedən məlumatı Azərbaycan Ombusman aparatının mətbuat-xidmətinə istinadən Day.Az saytı yayıb. Aparat nümayəndələri «Gündəlik Azərbaycan» və «Real Azərbaycan» qəzetlərinin təsisçisi Eynulla Fətullayevin cəza çəkdiyi 12 saylı islah-əmək müəssisəsində olublar.





Ətraflı...
Milli Teleradio Şurasının binası qarşısında etiraz aksiyası keçiriləcəkYanvarın 21-də «Müsavat» partiyası Milli Teleradio Şurasının binası qarşısında etiraz aksiyası keçirməyi planlaşdırır. Bu haqda partiyanın mətbuat-xidmətinə istinadən Day.az bildirir. Aksiyaya milli tezliklərdə «Azadlıq», «Amerikanın səsi» və Bi-Bi-Ci radiostansiyalarının yayımının dayandırılması haqqında Milli Teleradio Şurasının qadağası səbəb olmuşdur.

Ətraflı...
Əfqan jurnalistini ilahi qüvvənin inkarına görə həbs ediblərƏfqanıstan hakimiyyəti Kabil qəzetinin redaktorunu bütün dinlər, o cümlədən islamın bəşəriyyətə ilahi qüvvə tərəfindən verilməsini inkar edən məqalənin dərcinə görə həbs ediblər. Məlumatı AFP agentliyi yayıb.
Ətraflı...
Azər Mürsəliyev «Kommersant» qəzetinin baş redaktoru təyin edilib«Qazeta.Ru» nəşrinə istinadən Day.Az saytı Azər Mürsəliyevin «Kommersant» qəzetinin baş redaktoru təyin edildiyini bildirir. Bundan əvvəl o, qəzetin baş redaktorunun müavini işləyib. Qəzetin sabiq baş redaktoru Andrey Vasilyev isə nəşr evinin şef-redaktoru vəzifəsində çalışır.
Ətraflı...
Azərbaycan qəzetinin redaktoru zorakılıqda şübhəli bilinir«Kadr və tərəqqi» Azərbaycan qəzetinin baş redaktoru Zöhrab Sadıqov zorakılıqda şübhəli bilinərək saxlanılmışdır. Bu haqda Ağdam rayon polisinə istinadən APA xəbər verir.



Ətraflı...
Media Hüquqları İnstitutu «Yeni Müsavat» qəzeti jurnalistinin döyülməsi faktını kəskin surətdə pisləyirMedia Hüquqları İnstitutu «Yeni Müsavat» qəzetinin jurnalisti Əfqan Muxtarlının döyülməsi faktını kəskin sürətdə pisləyən bəyanatla çıxış edib. Day.az saytı bu barədə Media Hüquqları İnstitutunun bəyanatında bildirildiyini xəbər verir.
Ətraflı...
İraq hakimiyyəti KİV-lər üçün cərimələr sistemini tətbiq edibReuters agetliyinin məlumatına görə, İraq hakimiyyəti yerli hakimiyyət orqanlarına seçkilərin işıqlandırılması zamanı informasiyanı təşrif edən KİV-lər üçün cərimələr sistemini tətbiq edib. Qəbul olunmuş kodeksi pozan KİV-lər cərimə yaxud ictimaiyyət qarşısında üzr istəməli olacaqlar. Həmçinin onların daşınan əmlakı da müsadirə edilə bilər.
Ətraflı...
← Geri    1 2    İrəli →