İlham Əliyev CNN telekanalına müsahibə veribÖtən gün Azərbaycan prezidenti İlham Əliyev Davosun (İsveçrə) «Konqres» otelində CNN telekanalına müsahibə verib. Bunu AzərTac agentliyinə istinadən Day.az saytı xəbər verir.

Ətraflı...
Parlament seçkilərinədək Azərbaycanı regional telekanallar bürüyəcək2010-cı il parlament seçkilərinədək Azərbaycanın bütün regionlarında telekanallar açılacaq. Bunun «Turan» informasiya agentliyinə Milli Teleradioyayım Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.
Ətraflı...
Elmar Məmmədyarov qərb radiostansiyalarının bağlanmasına bəraət qazandırırAzərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Konqresinin Helsinki komissiyasına Azərbaycanda xarici radiostansiyaların yayım qaydaları haqqında məktub göndərib. Məlumatı «Turan» informasiya agentliyi yayıb. Məktubda deyilir ki, yerli tezliklərdə xarici yayımın dayandırılmasına dair Milli Teleradioyayım Şurasının qərarı Avropa Şurası tərəfindən tövsiyyə olunmuş və 2002-ci ildə qəbul edilmiş «Teleradioyayım haqqında» qanuna uyğundur.
Ətraflı...
Azərbaycan Beynəlxalq Universitetin rektoru qəzet redaktorunu məhkəməyə veribAzərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzilini məhkəməyə verib. Bunu Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuna istinadən Day.Az xəbər verir.
Ətraflı...
«Jurnalistlər üçün informasiya texnologiyaları» kitabı işıq üzü görübMultimedia Mərkəzi «Jurnalistlər üçün informasiya texnologiyaları» adlı kitab çap edib. Kitab informasiya münasibətlərinin, informasiya istehsalı və ötürülməsi prosesinin daha effektiv, çevik qurulması üçün jurnalistlərin yeni informasiya texnologiyalarından səmərəli istifadəsinə yardım məqsədilə yazılıb.

Ətraflı...
ABŞ prezidenti Barak Obama ilk müsahibəsini ərəb telekanalına verəcəkABC News ABŞ prezidenti Barak Obamanın ilk müsahibəni «Əl-Ərəbiyə» ərəb telekanalına verəcəyini bildirir. ABC-nin məlumatına görə, Barak Obamanın bazar ertəsi axşam yazılmış müsahibəsi «Əl-Ərəbiyə»nin efirində yanvarın 27-də Moskva vaxtı ilə saat 07:00-da yayımlanacaq. Prezident Obamanın ilk televiziya müsahibəsinin təfərrüatları hələ ki, açıqlanmır.
Ətraflı...
HƏBSDƏ OLAN BAŞ REDAKTOR YENİ JURNALİST HƏBSLƏRİNİN BAŞ VERƏCƏYİNİ GÖZLƏYİR«Azadlıq» qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahid azadlıqdakı həmkarlarından narahatdır. O, hər an yenə hansısa jurnalistin həbs ediləcəyi barədə xəbər eşidəcəyini gözləyir. Bunu «Media forum» saytına istinadən baş redaktorun həyat yoldaşı Ayəndə Mürsəliyeva deyib.
Ətraflı...
ÖTƏN İL 32 KİV ƏMƏKDAŞI DÖYÜLÜBDemokratik Jurnalistlər Liqası 2008-ci ildə söz və mətbuat azadlığı sahəsində vəziyyətlə bağlı 356 fakt qeydə alıb. Hesabat dövründə hüquq-mühafizə orqanları 36 KİV əməkdaşını saxlayıb və dindirib. 32 KİV əməkdaşını polislər və mülki şəxslər döyüb, xəsarət yetirib, mənəvi təzyiqlərə və hədə-qorxulara məruz qoyub.

Ətraflı...
«Bi-Bi-Ci» fələstinlilərə yardım yığımı üçün efir təqdim etməkdən boyun qaçırıbThe Times yazır ki, Britaniyanın «Bi-Bi-Ci» teleşirkəti İsrailin Qəzza bölgəsindəki hərbi əməliyyatından zərər çəkmiş şəxslər üçün yardım yığımı ilə məşğul olan xeyriyyə təşkilatlarına pulsuz efir təqdim etməkdən boyun qaçırıb.
Ətraflı...
«Lider» telekanalı: «Bircə o qalır ki, xarici klip və baletləri Azərbaycan dilinə tərcümə etmək edək»Artıq məlumdur ki, Milli Teleradioyayım Şurası bir neçə telekanala xarici dildə filmlərin nümayişinə görə xəbərdarlıq edib.
Ətraflı...
Filippində islam radioverilişinin aparıcısı öldürülübYanvarın 22-də Peuters agentliyi, Filippində radiojurnalistin qətlə yetirildiyini xəbər verib. Radioda islam verilişini aparan Bədrudin Abbası, mikroavtobusun iki sərnişini öldürüb.
Ətraflı...
İsrail xarici jurnalistlərin Qəzza bölgəsinə girişinə icazə veribYanvarın 22-də İsrail xarici jurnalistlərin Qəzza bölgəsinə girişinə qoyulan qadağanı aradan qaldırıb. Associated Press agentliyinin məlumatına görə, onların Fələstin ərazisinə keçməsi üçün nəzərdə tutulmuş Erets nəzarət-buraxılış məntəqəsi cümə günü yanvarın 23-də işini adi rejimdə bərpa edəcək.
Ətraflı...
Bi-Bi-Ci şirkətinin qalmaqallı aparıcısı yenidən efirə qayıdırBi-Bi-Ci şirkətinin aparıcısı Conatan Ross ədəbsiz telefon oyunu ilə bağlı qalmaqaldan sonra yenidən efirə qayıdır. Bunu cümə axşamı, yanvarın 22-də France Presse xəbər verib.
Ətraflı...
Obama Ağ Evdə informasiya agentliklərinin çəkiliş aparmasına icazə verməyibAssociated Press, Agence France Presse və Reuters kimi üç iri informasiya agentliyi Ağ Evin mətbuat-xidmətinin verdiyi şəkilləri yaymaqdan imtina edib. AP agentliyinin məlumatına görə, bu, həmin agetliklərinin fotoqraflarının Barak Obamanı ABŞ prezidenti vəzifəsində olduğu ilk gündə oval kabinetdə lentə almağa qadağa qoyulduqdan sonra baş verib.
Ətraflı...
Tacikistan ölkədə yeganə Rusiya telekanalını söndürməklə hədələyibTacikistanda Rusiyanın «RTR-Planeta» telekanalının proqramlarının translyasiyası dayandırıla bilər. "Central Asian News" informasiya agentliyinin məlumatına görə, belə bəyanatla respublikanının Teleradioyayım Dövlət Komitəsinin sədri Asadullo Raxmonov çıxış edib.
Ətraflı...
← Geri    1 2    İrəli →