Azərbaycanda daha bir qəzetin baş redaktorunun həbsi gözlənilirBu gün Nəsimi rayon məhkəməsi hakim Elman Əhmədovun sədrliyi ilə «İdeal» qəzetinin təsisçisi və baş redaktoru Nazim Quliyevin həbsinə dair qərar çıxarıb. Məlumatı Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuna istinadən Day.Az saytı xəbər verir.
Ətraflı...
«Bi-Bi-Ci» radiostansiyasının başçısı aparıcılarının ədəbsiz davranışı üzündən istefa edibAFP xəbər verir ki, cümə axşamı Radio 2 radiostansiyasının rəhbəri Lesli Duqlas bu yaxınlarda efirdə 78 yaşlı britaniyalı aktyor Endryu Saksın təhqir olunması ilə bağlı qalmaqal üzündən istefaya getdiyini bəyan edib. «Çox təəssüf edirəm ki, radioverilişimiz belə acınacaqlı nəticələrə gətirib çıxarıb. Məqamdan istifadə edib Endryu Saks, onun yaxınları və radiomuzun dinləyicilərindən üzr istəyirəm», - deyə Duqlasın rəsmi bəyanatında bildirilir.
Ətraflı...
Obamanın yeni reklam çarxını 30 milyondan artıq tamaşaçı izləyibDemokrat partiyasından ABŞ prezidentliyinə namizəd Barak Obamanın yeni seçkiqabağı reklam çarxını 33,6 milyon amerikalı izləyib. Məlumatı Nielsen Media Research analitik şirkətin hesabatına istinadən Associated Press agentliyi yayıb.
Ətraflı...
Azərbaycanda yeni radiostansiyanın adı məlum olduOktyabrın 28-də Milli Teleradioyayım şurası Azərbaycanda yeni radiostansiyanın açılması ilə bağlı müsabiqəyə dair qərar çıxarıb. Bunu Day.Az saytına qurumun başçısı Nuşirəvan Məhərrəmli bildirib.
Ətraflı...
«Azadlıq» qəzetinin baş redaktoruna vəkili ilə görüşmək qadağan olunubÖtən gün 17 saylı islah-əmək müəssisəsində saxlanılan «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid ailəsi ilə görüşüb. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuna istinadən Day.Az məlumatın Q.Zahidin həyat yoldaşı Ayəndə Mursaliyevadan gəldiyini bildirir.
Ətraflı...
Mətbuat Şurası «İdeal» qəzeti ilə bacara bilmir?Azərbaycan Mətbuat Şurası Baş Prokurorluğa «İdeal» qəzeti ilə bağlı müraciət göndərib. Day.az məlumatın Mətbuat Şurasından alındığını xəbər verir.
Ətraflı...
Amerika tamaşaçılarına Obamanın 30 dəqiqəlik reklamını göstəriblərÇərşənbə günü axşam Amerikanın ən iri telekanallarının efirində ABŞ prezidentliyinə Demokrat Partiyasının namizədi Barak Obamanın 30 dəqiqəlik reklam çarxı nümayiş etdirilib. NBC, Fox, CBS, Univision və MSNBC kimi kanalların efirində görünmə Barak Obamaya minimum 4 milyon dollara başa gəlib.
Ətraflı...
BBC müxbiri gürcü hərbçilərinin cinayətlərinə dair sübutlar aşkar edibBritaniyanın BBC teleradioyayım korporasiyası gürcü hərbilərinin Cənubi Osetiyanın dinc əhalisinə qarşı cinayətlərinin sübutlarına dair proqram hazırlayıb. Müxbir Tim Xyuellın verilişi efirə oktyabrın 28-də BBC radiokanallarının birində yayımlanıb.
Ətraflı...
Jurnalist Rusiya Federasiyasından məhkəmə vasitəsilə min avro alacaqOktyabrın 28-də İnsan Haqlarına dair Avropa Məhkəməsində informasiyanın əldə olunması və yayılması azadlığı haqqında hüququnun pozulması ilə bağlı rusiyalı jurnalistin Rusiya Federasiyasına qarşı iddiası təmin edilib. Strasburq məhkəməsi Rusiya hakimiyyətinin üzərinə Qodlevskiyə 1000 avro dəyərində kompensasiyanın ödənilməsini qoyub. Bildirilir ki, iddiaçıya maddi kompensasiyanın ödənilməsi haqqında qərar yekdilliklə qəbul olunub.
Ətraflı...
XARİCİ SƏFİRLİKLƏRİN NÜMAYƏNDƏLƏRİ MİRZƏ SAKİTLƏ GÖRÜŞÜBLƏROktyabrın 27-də ATƏT-in Bakı ofisinin, ABŞ, Fransa və Norveç səfirliklərinin nümayəndələri 14 saylı Cəzaçəkmə Müəssisəsində «Azadlıq» qəzetinin həbsdə olan əməkdaşı Mirzə Sakitlə görüşüblər. Görüşdə iştirak edən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov «Turan»a bildirib ki, proses qapalı keçdiyindən bu haqda açıqlama verə bilməz.
Ətraflı...
Amerika teleaparıcısını ölümcül döyüblərAmerikalı jurnalist, «Ey-Bi-Si» telekanalının Arkanzas bölməsi olan KATV-nin əməkdaşı Enn Presli dünyasını dəyişib. 26 yaşlı telejurnalist oktyabrın 21-də evində ölümcül döyülmüş vəziyyətdə tapılandan Littl-Rok şəhərindəki xəstəxanaya yerləşdirilmişdi. Məlumatı AP agentliyi yayıb.

Ətraflı...
The New York Times nəşr evinin gəliri iki dəfə azalıb2008-ci ilin üçüncü kvartalında The New York Times nəşr evinin gəliri 2007-ci ilin analoji dövrü ilə müqayisədə iki dəfə azalıb. Məlumatı oktyabrın 23-də Associated Press agentliyi yayıb. 2007-ci ilin üçüncü kvartalında şirkətin gəliri 13,4 milyon dollar təşkil etdirdisə, hazırda 6,53 milyon dollardır.
Ətraflı...
Mətbuat Şurası prezident İlham Əliyevi təbrik edibQurumun məktubunda bildirilir ki, hazırkı dövlət başçısının qələbəsini şərtləndirən amillər sırasında son 5 ildə ölkədə bütün sahələri əhatə edən uğurlu islahat proqramlarının həyata keçirilməsi, geniş quruculuq işlərinin aparılması kimi tədbirlər mühüm yer tutur: “15 oktyabr prezident seçkisi göstərdi ki, Azərbaycan dövləti, ictimaiyyəti, demokratiyanın geniş vüsət almasını vətəndaş cəmiyyətinin bərqərar olmasının başlıca amili sayır”.
Ətraflı...
Aktyor Devid Duxovnı Daily Mail qəzetini məhkəməyə veribAmerika aktyoru Devid Duxovnı həyat yoldaşına tennis üzrə təlimatçı ilə xəyanət etməsini iddia edən Britaniyanın Daily Mail qəzetini məhkəməyə verib. Məlumatı oktyabrın 23-də yayan Reuters agentliyi iddianın məbləğinin milyon dollar olduğunu bildirir.
Ətraflı...
Lujkov GQ jurnalından məhkəmə vasitəsi ilə 50 min rubl alıbMoskva məhkəməsi mer Yuri Lujkovun GQ jurnalı və biznesmen Aleksandr Lebedevə qarşı iddiasını qismən təmin edib. Məlumatı cavabdehin vəkili Artyom Artyomova istinadən yayan RİA Novosti agentliyi bildirir ki, məhkəmə Lebedev və GQ jurnalının öhdəsinə şərəf, ləyaqət və işgüzar nüfuzunun müdafiəsinə dair Yuri Lujkovun iddiasının 50 min rubl dəyərində ödənilməsini qoyub. Qeyd edək ki, Lujkov cavabdehlərin hər birindən 500 min rubl tələb edirdi.
Ətraflı...
← Geri    1 2 3    İrəli →