
Azərbaycanın aparıcı informasiya agentliklərindən biri, tez-tez istinad etdiyimiz Day.Az ilk yubileyini qeyd edir. Bu beş ildə agentlik adi xəbər saytından nəinki ölkədə, onun hüdudlarından kənarda tanınan regional miqyaslı təşkilata çevrilmişdir. Qeyd etməliyik ki, bu qısa müddət ərzində agentliyin ingilis dilində xəbərlər xidməti və Onlayn Radio fəaliyyətə başlamışdır.
Söz Azadlığını Müdafiə Fondu jurnalist-həmkarlarını və portalın bütün əməkdaşlarını yubiley münasibətilə təbrik edir və hər zaman operativ, obyektiv və qərəzsiz olmağı arzulayır.
SAMF