|
|
|
 Məşhur Britaniya radiostansiyası Ermənistan prezidenti Serj Sarkisyanın müsahibəsi ilə bağlı rəsmi bəyanat verib. BBC radiosuna istinadən Day.az Ermənistan prezidentinin bir qrup jurnalistlə görüşündə BBC-in Moskva müxbiri Eldar İsmayılzadənin də iştirak etdiyini bildirir. |
 London reysi ilə Domodedovo hava limanına gələn britaniyalı jurnalist Saymon Piraninin uzunmüddətli vizasına baxmayaraq, onu Rusiyaya buraxmayıblar. Rusiya sərhəd xidmətindəki mənbəyə istinadən «İnterfaks» agentliyi Piraninin RF-na buraxılmaması üçün «qanuni əsasların» olduğunu bildirir. Mənbə deyib ki, «sərhədçilər hava limanında müvafiq səlahiyyətli orqanların göstərişini yerinə yetiriblər». |
 Türkiyə məhkəməsi üç jurnalisti dörd il əvvəl kürd separatçılarından götürdükləri müsahibəyə görə cərimə edib. Məlumatı yayan AFP-in məlumatına görə, Türkiyənin məşhur «Hurriyet» qəzetinin əməkdaşları terror təşkilatını təbliğ etməkdə təqsirli biliniblər. |
 «Novosti-Azərbaycan» informasiya agentliyinin məlumatına görə, bunu «Bakı xəbər» qəzetinin baş redaktoru və yaradılan partiyanın təşəbbüs qrupunun rəhbəri Aydın Quliyev bildirib. «Rəsmən partiya prezident seçkilərindən sonra bəyan ediləcək, ilin sonuna qədər isə təsis qurultayı keçiriləcək», - deyə A.Quliyev vurğulayıb. |
 Nyu-Yorka BMT-in illik baş Assambleyasına gəlmiş İran prezidenti Mahmud Əhmədinicad məşhur teleaparıcı Larri Kinqə geniş müsahibə verib. Qeyd edək ki, məlumatı Haaretz yayıb. |
 İsrailin bəzi, xüsusən də dini qəzetləri ötən cümə axşamı hakim «Qadima» partiyasının sədri seçilmiş Tsipi Livninin şəkillərini səhifələrində yerləşdirməkdən imtina edirlər. Təvazökar qəzet işçilərinə siyasətçinin cinsi mane olur. Qeyd edək ki, məlumatı Prian nəşrinə istinadən NEWSru.com saytı yayıb. |
 Türkiyənin tanınmış jurnalisti Tuncay Özkan bu gün səhər həbs edilib. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, T. Özkan yerli vaxtla saat 06.40-da İstanbuldakı evindən polis idarəsinə aparılıb. |
 «Sərhədsiz Reportyorlar» beynəlxalq jurnalist təşkilatı Tehranda həbs olunan azərbaycanlı jurnalistlərlə bağlı bəyanat yayıb. Məlumatı «turan» informasiya agentliyinə istinadən «Mediaforum.az» saytı yayıb. |
 «Azərbaycan telekanallarında birinci planda hər zaman milli ruh, dövlət dili və mənəvi dəyərlərin olmasını istərdik. Bu mövzuların kanallarımızda üstünlük təşkil etməsi üçün Milli Teleradio Yayım Şurası müvafiq qərar qəbul etməyi planlaşdırır». Bu haqda Milli Teleradio Yayım şurasının üzvü Qafar Cəbiyev bəyan edib. |
 Mətbuat Şurası İbarə Heyətinin dünənki iclasında onun tərkibinə yeni üzvlər qəbul olunub. Day.az Mətbuat Şurasının məlumatına istinadən cümə günü təşkilatın sıralarına Məmməd Nazimoğlu adına Söz Azadlığını Müdafiə Fondu, Azərbaycan qadın-jurnalistləri Assosiasiyası, həmçinin «Bizim yol», «Üç nöqtə» və «Yeni gün» qəzetləri qatılıb. |
 Sentyabrın 18-də «Sərhədsiz reportyorlar» beynəlxalq təşkilatın nümayəndələri Türkmənistanın Parisdəki səfirliyinin ərazisində etiraz aksiyası təşkil etmişlər. Bu barədə təşkilatın saytındakı məlumata əsasən, onlar 2006-cı ildə Türkmənistanda həbs olunmuş jurnalist Annakurban Amanklıçev və hüquq müdafiəçisi Sapardurdı Xadjıyevin azadlığa buraxılmasını tələb ediblər. |
 Ədliyyə Nazirliyinin məhkəmə qərarlarının icrasına dair Baş İdarə «Yeni Müsavat» qəzetinin bank hesablarını dondurub. Bu, cərimələrin ödənilməsi haqqında məhkəmə qərarlarının redaksiya tərəfindən yerinə yetirilməməsi ilə bağlıdır. |
 Bakı dəmiryol vağzalının yanında «Yeni kapital» qəzetinin baş redaktoru Malik Rəfiyevin cəsədinin olduğu «Mersedes» markalı avtomobil aşkar edilib. APA agentliyi Nəsimi Rayon Prokurorluğuna istinadən xəbər verir ki, cəsədin yanında jurnalistin günahkar axtarmamaq xahişinin olduğu məktub tapılıb. |
 Sentyabrın 17-də BBC şirkəti Britaniyanın keçmiş baş naziri Toni Blerin Con Styuartın «Gündəlik şou» (The Daily Show) proqramının iştirakçısı olacağını xəbər verir. ABŞ populyar televiziya aparıcılarından biri olan Styuartın proqramı Comedy Central kabel kanalında çıxır. |
 Sentyabrın 17-də Avropa Parlamenti qurumun nüfuzunu yaxşılaşdırmaq məqsədilə yeni EuroparlTV İnternet-televiziyasını işə salıb. Məlumatı yayan AFP telekanalın geniş gənc auditoriya üçün nəzərdə tutulduğunu bildirir. |
|
|
|