
ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Metyu Brayza Azərbaycan KİV-ri tərəfindən sözlərinin təhrif edildiyini bildirib. «Mən demişəm və təkrar edirəm ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin əsas prinsiplərinə dair razılığa gələcəyi təqdirdə həm Ermənistanda, həm Dağlıq Qarabağda, həm də Azərbaycanda tərəflər özlərini təhlükəsiz hiss edəcəklər».