|
|
|
Sonrakı illər İrvinq bir neçə kitab, o cümlədən Qebbelsin tərcümeyi-halı və Nyürnberq prosesi haqqında kitab dərc etdirir. Alimlərin çoxsaylı tənqidlərinə baxmayaraq, bu nəşrlər səs-küylü mübahisələrə səbəb olmadan müxtəlif ölkələrdə uğurla satılırdı. 1977-ci ildə «Hitlerin müharibəsi» adlı işıq üzü görmüş kitabında, İrvinq sübüt etməyə çalışır ki, fürer yəhudilərin kütləvi qırğın proqramı haqqında xəbərsiz olub və Xolokosta görə məsuliyyət Hitler və onun müavini Qeydrixin üzərindədir. 1970-ci illərin sonlarından İrvinqin nüfüzü daha qalmaqallı olmağa başlayır. |
FHN üç ixtisaslaşdırılmış jurnal və yanğınsöndürmə işi və mülki müdafiə haqqında qəzet nəşr edir. Sərhəd xidmətinin dörd jurnalı və bir qəzeti, eləcə də «Qranitsa» adlı böyük kitab-jurnal nəşriyyatı vardır. Mətbu sözün qüvvəsinə, hamıdan çox Müdafiə Nazirliyi inanır – nazirlik 49 qəzet və 9 jurnal nəşr edir, 2 mərkəzi teleradiostudiyaya və 19 reqional radiostansiya və telestudiyaya malikdir. |
Mən o vaxt jurnalistlərin hüquqlarının müdafiəsi ilə məşğul olmurdum və ona görə də, problemə daha geniş, bütöv mədəniyyət dairəsində baxırdım. Bu gün mənə elə gəlir ki, mənim təsadüfi əsas səhvim onda idi ki, «mədəniyyət» anlayışına mən adət üzrə jurnalistikanı da daxil edirdim. İndi mən başqa fikirdəyəm, lakin diaqnoz bundan dəyişmir. Vəziyyət bizim özümüzdən fərqli olaraq, əsaslı surətdə və gözə çarpacaq qədər dəyişmişdir, bu iddialar bizə hələ də aiddir. |
Qeyd edək ki, Teleyayım Xartiyası iyunun 7-də Dövlət Dumasında imzalanıb. Sənədi RTR-in sədri Oleq Dobrodeyev, Birinci kanalın baş direktoru Konstantin Ernst, NTV-nin baş direktoru Vladimir Kulistikov, STS-in baş direktoru Aleksandr Rodnyanskiy, «TV-Sentr»in prezidenti Oleq Popsov və Ren TV-nin sabiq prezidenti İrena Lesnevskaya imzalayıb. Xartiyada deyilir ki, KİV ictimai mənəviyyata ziyan vuran, zorakılıq və qəddarlığı təbliğ edən informasiyalar, yaxud təhqir xarakterli materialların qarşısını almalıdır. Telekanal rəhbərləri «uşaqların mənəvi və əqli inkişafına ciddi ziyan» vura biləcək materialların və hadisələrin işıqlandırılmasında məhdudiyyətlər qoymağa hazır olduqlarını bəyan etmişdilər. Onlar bildiriblər ki, bu cür materiallar yalnız xəbər proqramlarında, hadisə yerindən təqdim edilən reportajlarda, televiziya, sənədli və bədii filmlərdə ola bilər. |
Ona görə də, qəzetlərin sayı, televiziya kanallarının (hamı TV kanallarının kimə məxsus olduğunu bilir, lakin özlərini elə aparırlar ki, guya bilmirlər) və ya radiostansiyaların açılması və bağlanması statistikasının heç bir əhəmiyyəti yoxdur. Rəqəmlər, eləcə rəqəm kimi qalır, lakin reallıq başqa cürdür. Yalnız bir misal: yaxınlarda (2003-cü ilin axırında) Milli Məclis (Azərbaycan parlamenti) Avropa Şurasının təzyiqi altında İctimai televiziya haqqında Qanun qəbul etdi. Qanunda, başqaları ilə yanaşı deyilir ki, «rəsmi informasiya ləngidilmədən və bütov verilməlidir». Milli Məclisə çıxarılan və jurnalistlərə hakim dairələrdən ləngimədən informasiya almaqda yardımçı olacaq «İnformasiya azadlığı haqqında» Qanunu da buna əlavə etmək olar. Lakin... elə İctimai televiziya haqqında bu qanuna əsasən İctimai televiziyanın İdarə Şurasının üzvlərini icra hakimiyyətinin müvafiq orqanının yaratdığı Müsabiqə komissiyası müəyyən edirdi. Dairə qapandı: «ictimai» «siyasi hakimiyyətdən asılıya» çevrildi; əslində «ictimai» əvvəl olmadığı kimi, indi də yoxdur. |
Bax bu yaxşı zəmanə idi! Hətta başlayan müharibə belə şən yaşamağa mane olmadı. Müvəqqəti hökumətin hakimiyyəti zamanı isə elə azadlıq verildi ki: Bolşeviklər bütün bu sevincləri bir dəfəyə ləğv etdilər. Artıq 1917-ci il oktyabrın 27-də mətbuat haqqında dekret buraxıldı, bununla yeni hakimiyyə orqanlarına «burjua» nəşrlərinin fəaliyyətinin dayandırılmasına dair hüquq verildi, 1918-ci il 23 dekabr dekreti ilə isə Hərbi-inqilabı Komitəyə KİV-in senzurası və ümumi nəzarətinə dair tam hüquq verildi. |
Hüquqlar təhlükə altında a) Fikir və düşüncə azadlığı hüququ Fikir azadlığı hüququ hər kəsin öz fikirlərini və nöqteyi-nəzərini açıq şəkildə ifadə etmək azadlığını nəzərdə tutur. Görünür ki, bu hüquqa, onun, demokratiyanın bərpa olunmasında və ölkənin siyasi həyatında ictimaiyyətin iştirakının təminatında həlledici rolu nəzərə alınmaqla hər yerdə riayət edilməlidir. Lakin, qeyd etmək lazımdır ki, fikir ifadəsinin elə formaları var ki, onların qarşısı başqa insan hüquqlarının qorunması naminə alınmalıdır. Belə situasiyalarda fikir azadlığına qoyulan məhdudiyyətlərin qoyulması zəruri və haqlı tədbirlərdir. Fikir azadlığının belə müstəsna formasına, istifadəsi bir sıra ölkələrdə qadağan edilmiş «nifrət nitqi» misal ola bilər. |
Beləliklə, senzura yaranır. Əvvəlcədən senzura mətnlərin həqiqiliyini saxlamaq üçün təyin edilmişdi. Sonralar o, əks fikirli insanların təqib edilməsi üçün vasitəyə çevrildi. Beləliklə, insanlar öz hüquqlarına görə, senzuranı həyata keçirmək hüquq olanlara (krallar, çarlar, ruhanilər) və buna itaət etməyə məcbur olanlara bölündü. Senzuranın inkişafı ilə inkvizisiya institutu yaradıldı. O dövrdə insanlar, başqa, yəni şəxsi nəzər nöqtəsinə malik olduqlarına görə ikiqat cəzaya məruz qalırdılar. Birincisi, onların kitabları məhv edilir, yandırılırdı. İkincisi, küfrdə günahlandırılanlar tonqallarda yandırılırdılar. Əlbəttə, əgər inkvizisiya haqqında tarixi kitablara nəzər salsaq, aydın olar ki, təkcə buna görə yandırmırdılar. Mən Lima şəhərində inkvizisiya muzeyində olmuşam. Orada bir elan var və bu elandan məlum olur ki, orada, bir qayda olaraq, zinaya görə edam edirdilər. İspaniyada bir neçə cild kitabı yandırması ilə məşhur olan yeganə və baş inkvizitor olmuşdur. |
|
|
|