Söz Azadlığını Müdafiə Fondunun əməkdaşlarının Article 19 proqramlarının rəhbəri ilə görüşü.
Ətraflı...
Media sahəsinə aid qanunvericilikdə Avropa standartlarına uyğun islahatlar üzərində müqayisəli təhqiqat mövzusuna seminarlar.
Ətraflı...
«QHT və seçkilər» mövzusuna həsr olunmuş konfrans.

Ətraflı...
KİV-də söz azadlığı mövzusunda diskussiyalar. «Yeni Nəsil Jurnalistlər Birliyi və Azərbaycan Jurnalistlər Birliyi.
Ətraflı...
Amerika Konqresində hər il olduğu kimi bu il də ATƏT-ə üzv ölkələrdə kütləvi informasiya vasitələrinin vəziyyətinə həsr olunmuş dinləmələr keçirilib. Dinləmələrdə hüquq müdafiəçiləri, Helsinki qrupunun,“Freedom House” təşkilatının nümayəndələri iştirak ediblər. “Freedom House” təşkilatı Azərbaycanda “Informasiya azadlığı haqqında qanun”un qəbul olunmasını müsbət qiymətləndirmişdir. Bununla yanaşı bu təşkilat “Diffamasiya haqqında” qanun layihəsi qəbul olunarkən təhqir və böhtanla bağlı maddənin Cinayət Məcələssindən çıxarılmasını təklif etmişdir. Beynəlxalq təşkilatlar həmçinin İnformasiya Məsələləri üzrə Müvəkkil institutunun da yaradılmasını tövsiyyə edirlər.
Ətraflı...
«KİV nümayəndələri və dövlət strukturlarının qarşılıqlı hüquq və vəzifələri» layihəsi dövlət orqanları nümayəndələri və jurnalistlər üçün yaddaş kitabçasının hazırlanmasını nəzərdə tutur. Yaddaş kitabçasında qanun və normativ aktlar əsasında KİV və dövlət strukturlarının qarşılıqlı hüqüq və vəzifələri izah olunacaq. Proekt informasiya axtarışı və əldə olunması prosesində iştirak edən tərəflərin hüquq biliklərinin səviyyəsinin artırılmasına, istər jurnalist, istərsə də dövlət təşkilatları əməkdaşlarının öz hüquqlarından sui-istifadənin qarşısının alınmasıdır.
Ətraflı...
«İzahlı lüğət» layihəsi qanunlarda və uyğun normativ aktlarda istifadə olunan terminlərin filoloji izahı və hər bəndin geniş izahı üzərində elmi-təhqiqat işini nəzərdə tutur. Bu məqsədlə proekt çərçivəsində izahlı lüğətin nəşri nəzərdə tutulub. Həmin lüğət hüquq-mühafizə orqanlarının, məhkəmələrin, hüquq məsləhətxanalarının, eləcə də KİV əməkdaşlarının fəaliyyətində istifadə oluna bilər.
Ətraflı...
«Gələcəyin peşəkar jurnalisti» layihəsi ölkənin ali məktəblərinin jurnalistika fakultələrinin 4-cü və magistraturanın 2-ci kurs tələbələri arasında elmi-təhqiqat işləri ilə müsabiqə keçirilməsini nəzərdə tutur. Layihə qalib gələn yazıların nəşrini nəzərdə tutur.
Layihənin məqsədi, demokratiya, söz azadlığı, Azərbaycan Respublikasının qanunvericiliyinə hörmət prinsipi əsasında fəaliyyət göstərən yeni jurnalist nəslinin köməyilə obyektiv, qərəzsiz KİV-lər yaratmaqdır.
Ətraflı...
Beynəlxalq hüquq normalarına uyğun olaraq, söz azadlığının məhdudlaşdırılması, aşağıda göstərilən üç əsas şərtə riayət edilərkən həyata keçirilə bilər:
Bu hüququn məhdudlaşdırılması qanunla ciddi nizama salınmalı, həqiqətən ədalətli məqsəd güdməli və eləcə də bu ali məqsədə nail olmaq üçün zəruri və adekvat olmalıdır.
Ətraflı...
Bəzi müəlliflər, bu və ya digər məlumatla bağlı öz mövqeyini bildirərək, qeydlərini gündə bir neçə dəfə dəyişirlər. Bloqqerlər arasında elələri də var ki, öz səhifələrində heç yazmır, başqalarının yazdıqlarının şərhinə üstünlük verirlər.
İnternetdə, şəbəkə gündəliyi yaratmağa imkan verən bir neçə server mövcuddur, lakin İnternetin rus istifadəçiləri arsında «Livejournal.com» resursu, rus dilinə tərcümədə «Jivoy Jurnal» (Canlı Jurnal) və ya sadəcə JJ, daha məşhurdur.
Ətraflı...
Vicdan Azadlığı termini
Müasir rus dilində «Vicdan azadlığı» termini Təbii Qanunun mənasını, bir o qədər də adekvat izah etmir. İngilis dilində «Vicdan azadlığı» «liberty of conscience» kimi, yəni Allahın və Daimi qanunun dərk edilməsi azadlığı kimi səslənir.
Fasmerin etimologiya lüğətinə əsasən «vicdan» sözü «xəbərdar olmaq» sözü ilə eynidir, yəni «xəbər», bilik. Vicdan azadlığı, Daimi Qanunu dərk etmək üçün insana anadangəlmə verilən təbii hüquqdur.
Reformasiya
Ətraflı...
Beynəlxalq hüquq normalarına əsasən söz azadlığına üç şərtlə məhdudiyyətlər qoyula bilər: bunlar qanuna müvafiq olmalı, təmiz məqsədə qulluq etməli və bu məqsədə çatmaq üçün zəruri və adekvat olmalıdır. Məhdudiyyətlər tətbiq edən qanunlar ikimənalı olmamalı və müxtəlif şərhlərə imkan verməməlidirlər. Şəxsin şərəf və ləyaqətinin, milli təhlükəsizliyin, ictimai asayişin, müəllif hüquqlarının, sağlamlığın və mənəviyyatın qorunması qanuni məqsədlər sırasına daxildir. Belə ki, Rusiya Federasiyası Konstitusiyası sosial, irqi, milli və ya dini nifrət və düşmənçilik oyadan təbliğatı, eləcə də dövlət sirlərini təşkil edən məlumatların yayımını qadağan edir. Müvəqqəti və ya xüsusi məhdudiyyətlər də məhkəmənin qərarı ilə tətbiq edilə bilər.
Ətraflı...
NTV başqalarından daha kəskin rəy verdi və jurnalisti, «Rusiyanın, heç vaxt hakimiyyəti tənqid etməkdən və öz mövqeyini müdafiə etməkdən çəkinməyən ən qorxmaz jurnalist» adlandırdı və onun «Rusiya hakimiyyətinin ən güzəştsiz opponentlərindən biri» olduğunu dedi.
Politkovskaya haqqında bazar günü federal kanallarda yekun proqramlarında çox az danışdılar. Beləki, «Vesti nedeli» jurnalistin qətli haqqında, verilişin 44-cü dəqiqəsində Rusiya-Gürcüstan münaqişəsi haqqında bir neçə süjetdən və müdafiə naziri Sergey İvanovla uzunçəkən müsahibədən sonra məlumat verdi. Verilişin aparıcısı Sergey Brilyov video sırasına qoyulmuş qıssa kadr arxası mətnlə kifayətlənərək ayrıca süjet çəkməyi lazım bilmədi.
Ətraflı...
Müxtəlif ölkələrdə bu məsələ necə tənzimlənir? On bir ölkənin – Avstraliya, Avstriya, Böyük Britaniya, Almaniya, İspaniya, Kanada, Niderland, Norveç, ABŞ, Fransa və İsveçin təcrübəsinə nəzər yetirərkən belə nəticəyə gəlmək olar ki, on bir ölkədən yalnız ikisi mövqeyin azad ifadə edilməsinin, Konstitusiyada yazılı surətdə qeyd edilmiş təminatına malik deyil (Yazılı Konstitusiyanın özü kimi). Bu, Böyük Britaniya və Avstraliyadır. Böyük Britaniyada KİV haqqında ümumi qanun da yoxdur, çünki söz azadlığı insanın təbii hüquqlarından biri kimi nəzərdə tutulur və avtomatik olaraq baxış və mövqelərin kütləvi ifadəsinə tətbiq edilir. Eyni zamanda, hesab edilir ki, ayrı-ayrı normativ aktların tətbiqi yolu ilə söz azadlığına bəzi məhdudiyyətlərin qoyulması da mümkündür. Bu məhdudiyyətlər ya dövlətin ali maraqlarından, ya da jurnalistlərin şəxsi həyata qarışmasına məhdudiyyətlərin zəruriliyindən irəli gəlir.
Ətraflı...
Televiziya və radio yayımı da daxil olmaqla, kütləvi informasiya vasitələri haqqında müasir qanunvericiliyin inkişafına, Rusiya Federasiyası Konstitusiyasının «İnsanın və vətəndaşın hüquq və azadlıqları» adlanan 2 saylı fəsli xüsusilə təsir etmişdir. Hər şeydən əvvəl söhbət 29-cu maddədən gedir. Maddənin 1-ci hissəsində deyilir: «Hər kəsin fikir və söz azadlığı təmin edilir». Beləliklə, sosial-siyasi dəyərlərin bu fundamental əsaslarının hüquqi müdafiəsi elan edilir.
Ətraflı...
← Geri    1 2 3    İrəli →