20 Yanvar faciəsinə hüquqi qiymət verilməlidir – Azərbaycanın hakim partiyası

Azərbaycanın hakim partiyası hesab edir ki, 20 Yanvar faciəsinə hüquqi qiymət verilməlidir.

“20 Yanvar faciəsi ilə bağlı siyasi qiymət verilib, ancaq mütləq buna hüquqi qiymət verilməlidir”, – Trend News-un məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov bildirib.

Trend News – un arayışı: 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başlayıb. Faciə zamanı 132 insan öldürülüb, onlardan 117-si azərbaycanlıdır. 744 adam ağır xəsarət alıb, 4 nəfər itkin düşüb, 400 nəfər həbs edilib. Yanvarın 20-də fövqəladə vəziyyət elan ediləndən sonra daha 21 nəfər qətlə yetirilib. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda (Neftçala, Lənkəran) 26 nəfər qətlə yetirilib.

Əhmədov deyib ki, 20 Yanvar faciəsi məsələsi yenidən parlamentdə müzakirəyə çıxarılmalıdır.

“YAP müzakirələrin intensivləşdirilməsi və dünya ictimaiyyətinə, parlamentlərinə müraciətin qəbul olunması üçün əlindən gələni edəcək”, – Əhmədov əlavə edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO