20 Yanvar faciəsi ilə əlaqədar ədəbiyyat sərgisi keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında 20 Yanvar faciəsi ilə əlaqədar ədəbiyyat sərgisi keçirilib. AMEA-dan SİA-ya verilən xəbərə əsasən, sərgidə Rafiq Səməndərin “Şəhidlər” (2000), A.Qurbaninin “Nikbin faciə”(2002), “Qanlı Yanvardan 15 il keçdi…” (2005), A.Balayev və R.Mirzənin “20 Yanvar hadisələri: Sənədlər, mövqelər, şərhlər” (2000), Q.Kəngərlinin “Qara Yanvar şəhidləri”(1992), M.Sadıxlının “Ответ тебе даст история”(1995) və başqa əsərlər nümayiş olunub.

Sərgidə həmçinin, Azərbaycan, rus və xarici dillərdə 50-dən çox ədəbiyyat və Yanvar faciəsini özündə əks etdirən fotomateriallar nümayiş olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO