19 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

19 nəfərin deputatlığa namizədliyi qeydə alınıbMərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən növbəti iclasında Azərbaycan Milli Demokrat Partiyasının 4 səlahiyyətli nümayəndəsi qeydə alınıb.

Trend-in məlumatına görə, iclasda bir nəfərin – İzzətli Ruslan Teymur oğlunun təşviqatla bağlı müraciəti əsasında Dairə Seçki Komissiyasının (DSK) qərarı araşdırılaraq ləğv edilib.

MSK sədri Məzahir Pənahov bildirib ki, deputatlığa namizədlik üçün müraciət edənlərin sayı 1017 nəfərdir: “Onların 506-sı siyasi partiyalar tərəfindən, 37-si siyasi partiya bloku, 3 nəfərin namizədliyi təşəbbüs qrupu, 471 nəfərin namizədliyi isə fərdi qaydada irəli sürülüb. 839 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub, 721 nəfər imza vərəqəsi alıb. 64 nəfər imza vərəqələrini qaytarıb, 19 nəfərin deputatlığa namizədliyi isə qeydə alınıb. 19 nəfərdən 5-i Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi və Ümid Partiyaları tərəfindən irəli sürülüb, 14 nəfərin namizədliyi isə fərdi qaydada irəli sürülüb”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO