125 illik qəzetin adı dəyişir

“New York Times” şirkəti “International Herald Tribune” qəzetinin adının dəyişəcəyini açıqlayıb.

525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, şirkət mərkəzi Parisdə yerləşən qəzetin adının payızdan etibarən “International New York Times” olacağını və internet saytının da xarici oxucular üçün yenidən hazırlanacağını bəyan edib.

Şirkətin ciraçı direktoru Mark Tompson qəzetin yeni adıyla beynəlxalq birlikdə özünü daha çox göstərməyi hədəflədiyini bildirib.

Xaricdə yaşayan ABŞ vətəndaşları üçün ingiliscə yayınlanan “International Herald Tribune” 1887-ci ildə “New York Herald”ın Avropa nəşriylə oxucusularının görüşünə gəlib. Qəzetin adı 1959-cu ildə “New York Herald Tribune” olaraq dəyişdirilib və 1967-ci ildə bugünkü adını alıb.

“Washington Post Company” və “The New York Times Company”nin ortaq hissəyə sahib olduğu qəzet 2003-cü ildə “Washington Post”un hissəsini satmasıyla tamamilə “New York Times”ın əlinə keçib.

Qəzet Honq Konq, Sinqapur, London, Haaqa, Mayami və Florida da daxil olmaqla 35 fərqli yerdə nəşr olunur, 180 ölkədə satılır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO